25.10.2021-ci il tarixdə Qubadlının düşmən işğalından azad edilməsinin il dönümü münasibətilə Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və GİKM-i birgə "Qubadlı Bizimdir!" adlı tədbir keçirmişdir.

25.10.2021-ci il tarixdə Qubadlının düşmən işğalından azad edilməsinin il dönümü münasibətilə Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və GİKM-i birgə "Qubadlı Bizimdir!" adlı tədbir keçirmişdir.

25.10.2021-ci il tarixdə Qubadlının düşmən işğalından azad edilməsinin il dönümü münasibətilə Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və GİKM-i birgə "Qubadlı Bizimdir!" adlı tədbir keçirmişdir. Cəlilabad Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya xanım Qubadlı rayonunun zəngin tarixindən bəhs edərək qeyd etmişdir ki, Qubadlı rayonu 1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər, 93 kənd vardı. Sahəsi 802 kv/km, Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur. Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci il 25 oktyabr tarixində isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildiyi prezident tərəfindən bəyan edilmişdir. Qubadlı Bizimdir! Qarabağ Azərbaycandır.

Daha sonra gənclər Vətən müharibəsinə həsr olunmuş jurnalist Mübariz Əsgərovun müəllifi olduğu “44 gün, 44 an” adlı sənədli filmini izləyiblər.