22.07.2021-ci il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “22 İyul - Milli Mətbuat və Jurnalistika günü” münasibəti ilə gənclərin iştirakı ilə "Milli mətbuat günümüz" adlı tədbir keçirildi.

Tədbirdə Mərkəzin direktoru O.Qəhrəmanova çıxış edərək qeyd etdi ki, bu gün Azərbaycan milli mətbuatının yaranmasının 146-cı il dönümüdür. 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə milli mətbuatımızın əsası qoyulub. Milli mətbuatımız bu illər ərzində çətin və şərəfli yol keçib. Müstəqil Azərbaycan Respublikasında milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi və xahişi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Sonda gənclərlə müasir mətbuatımız mövzusunda müzakirələr aparılıb.