Cəlilabad Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illiyi ilə əlaqədar "Ustadlar ustadı Aşıq Ələsgər" adlı tədbir

Cəlilabad Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə  Aşıq Ələsgərin 200 illiyi 
ilə əlaqədar "Ustadlar ustadı Aşıq Ələsgər" adlı tədbir

Cəlilabad Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illiyi

ilə əlaqədar "Ustadlar ustadı Aşıq Ələsgər" adlı tədbir keçirilmişdir.Tədbirdə Mərkəzin direktoru çıxış edərək qeyd etmişdir ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.