13 iyul 2021-ci il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə, Siyəzən, Sumqayıt, Qaradağ, Cəlilabad, Xızı, Qax, Zərdab, İsmayıllı, Bərdə, Ağdam Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Tərəqqi yolunun başlanğıcı – Əbədiyaşar lider Heydər Əliyev" mövzusunda videokonfrans keçirildi.

13 iyul 2021-ci il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə, Siyəzən, Sumqayıt, Qaradağ, Cəlilabad, Xızı, Qax, Zərdab, İsmayıllı, Bərdə, Ağdam Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Tərəqqi yolunun başlanğıcı – Əbədiyaşar lider Heydər Əliyev" mövzusunda videokonfrans keçirildi.

13 iyul 2021-ci il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə, Siyəzən, Sumqayıt, Qaradağ, Cəlilabad, Xızı, Qax, Zərdab, İsmayıllı, Bərdə, Ağdam Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Tərəqqi yolunun başlanğıcı – Əbədiyaşar lider Heydər Əliyev" mövzusunda videokonfrans keçirildi. Tədbiri giriş sözü ilə Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev açaraq bildirdi ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Ümummillli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. Ulu Öndər Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.

Tədbirdə Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edərək bildirdi ki, 1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.

Daha sonra Bərdə Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, Cəlilabad Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova, Qax Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Omarova, Xızı Heydər Əliyev Mərkəzinin direktoru Əzət Qarayeva və Sumqayıt Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan 1969-cu ildən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Görülən işlər Ümummilli Lider Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.