Cəlilabad Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə "28 May - Respublika Günü"nə həsr olunmuş tədbir keçirilmişdir.

İlk öncə tədbir iştirakçıları Cəlilabad Dövlət Rəsm Qalereyası və Mərkəzin "Bacarıqlı əllər" dərnəyinin bu günə hazırladığı sərgiyə baxmışlar.

Tədbirdə Mərkəzin direktoru çıxış edərək bildirmişdir ki, bu gün ölkəmizdə 28 may – Respublika günü qeyd olunur. 1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu.

Amma bununla belə xalqın istiqlal arzusu ölmədi. 1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra yeni tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz bərpa olundu. Hazırda müstəqil Azərbaycan demokratik bir dövlət olaraq sürətlə inkişaf edir.

Sonda tədbir iştirakçıları gənclər "Baku Media Center"in istehsalı olan, Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salan və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirən "Son iclas" filmini izləyiblər.