Cəlilabad Rayon Heydər Əliyev Mərkəzi, Cəlilabad RİH, Cəlilabad rayon Gənclər və İdman İdarəsi, Ombudsmanın Cəlilabad Regional Mərkəzi və Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “18 May-18 İyun İnsan hüquqları Aylığı” çərçivəsində “Məişət zorakılığının yaratdığı fəsadlar və effektiv mübarizə tədbirləri. Qanunvericilik: milli və beynəlxalq təcrübə” mövzusunda videokonfrans keçirib.

Videokonfransda qeyd olunan idarələrin əməkdaşları və fəal gənclər iştirak edib. Videokonfransı girş sözü ilə açan Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir və ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu əlamətdar gün ərəfəsində Ombudsmanın təşəbbüsü əsasında ənənəvi olaraq hər il 18 may – 18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı” elan olunur. Aylığın keçirilməsində məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyininin zəruriliyini diqqətə çatdırmaqdır.

Videokonfransda daha sonra Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı Varid Əsgərov, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin Elçin Hüseynov və Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon nümayəndəliyinin rəhbəri Elnur Atakişiyev “Məişət zəmnində baş verən ailədaxili zorakılıq və onun səbəblərininin araşdırılması, Məişət zəmnində baş verən ailədaxili zorakılıq və onun fəsadlarının qiymətləndirilməsi, Məişət zəmnində baş verən ailədaxili zorakılıq və onun həlli yolları, Məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində hüquqi savadsızlıq probleminə qarşı maarifləndirmə və məlumatlandırma kampaniyalarının təşkili mexanizmləri, Azərbaycanda ailədaxili zorakılıqla mübarizə sahəsində aidiyyəti qurumların yeri və rolu” barədə geniş məruzə ediblər.

Videokonfrans mövzu ilə əlaqədar maraqlı müzakirələrlə başa çatıb.