Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və Cəlilabad rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə zoom proqramı vasitəsi ilə "İnsan alverinə qarşı mübarizə" ilə əlaqədar "İnsan alverinə yox deyək" adlı tədbir keçirmişdir.

Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və Cəlilabad rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə zoom proqramı vasitəsi ilə "İnsan alverinə qarşı mübarizə" ilə əlaqədar "İnsan alverinə yox deyək" adlı tədbir keçirmişdir.

Tədbirdə Cəlilabad mədəniyyət işçiləri və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşı iştirak etmişdir.

Tədbirdə çıxışlarda qeyd olunmuşdur ki, insan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir. İnsanların istismarı isə məcburi əmək, cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsidir.