15.04.2021-ci il tarixdə Masallı Regional Mədəniyyət İdarəsi Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və Cəlilabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Cəlilabad Mədəniyyət işçilərinin rəhbər kollektivi "Beynəlxalq Mədəniyyət günü" münasibəti ilə zoom proqramı vasitəsi ilə "Çiçəklənən Mədəniyyətimiz" adlı tədbir keçirmişdir.

Tədbirdə çıxış edərək qeyd olunmuşdur ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir.

XXI əsrdə Azərbaycan bir çox beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Bunların ən məşhurları 57-ci Avroviziya mahnı müsabiqəsi və dünya tarixində ilk dəfə keçirilən Avropa Oyunlarıdır. 2009-cu il üçün Bakı şəhəri və 2018-ci il üçün Naxçıvan şəhəri "İslam mədəniyyətinin paytaxtı" seçilib. Şəki şəhəri 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı", Gəncə şəhəri isə "Avropa gənclər paytaxtı" seçilib.