Cəlilabad Heydər Əliyev Mərkəzi koronavirus infeksiyasından qorunmağın yolları ilə əlaqədar rayon sakinləri arasında maarifləndirmə işləri aparmışdır.

Cəlilabad Heydər Əliyev Mərkəzi koronavirus infeksiyasından qorunmağın yolları ilə əlaqədar rayon sakinləri arasında maarifləndirmə işləri aparmışdır. Vətəndaşlara maska və infeksiyadan qorunmaq üçün təlimatlandırıcı bukletlər paylanılmışdır.Daha sonra Cəlilabad Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə pandemiya qaydalarına riayət edərək “Vaksinasiya olunaq, sağlamlığımızı daim qoruyaq” adlı tədbir keçirildi. Tədbirdə Cəlilabad rayon mədəniyyət işçiləri iştirak etmişdir.Mərkəzin direktoru Qəhrəmanova Ofeliya çıxışında bildirdi ki, dünyanın hər yerində COVID-19 və ya başqa xəstəlik əleyhinə peyvənd məcburiyyət olmasa da çalışmallıyıq ki, insanları maksimum şəkildə bu prosesə cəlb edək. Vətəndaşlara vəziyyəti düzgün izah etməklə onların könüllülüyünü təmin edək. Dünyada, o cümlədən ölkəmizdə heç olmazsa, əhalinin 60 faizdən çoxu qısa müddət ərzində kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik. Masallı Regional Mədəniyyət İdarəsi Cəlilabad rayon üzrə nümayəndə vəzifəsini icra edən böyük mühasib Elnur Atakişiyev çıxış edərək, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılmışdır və bu gündə vətəndaşların vaksinasiyası davam edir. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü qeyd etmişdir.