31 mart 2021-ci il tarixdə Cəlilabad,Şabran,Zaqatala və Şamaxı rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə " Tariximizin silinməz izləri 31 mart" adlı zoom proqramı vasitəsilə onlayn tədbir keçirilmişdir.

31 mart 2021-ci il tarixdə Cəlilabad,Şabran,Zaqatala və Şamaxı rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə " Tariximizin silinməz izləri 31 mart" adlı zoom proqramı vasitəsilə onlayn tədbir keçirilmişdir.Tədbirdə soyqırım qurbanları bir dəqiqəlik sükutla anıldı.Cəlilabad Heydər Əliyev Mərkəzinin direktoru Qəhrəmanova Ofeliya qeyd etdi ki, 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart "Azərbaycanlıların Soyqırımı günü" elan edilib. Fərmanda deyilirdi: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.