Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində "Xocalı soyqırımı-Qanlı tarix" adlı tədbir keçirilmişdir.

Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində "Xocalı soyqırımı-Qanlı tarix" adlı tədbir keçirilmişdir.

Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində "Xocalı soyqırımı-Qanlı tarix" adlı tədbir keçirilmişdir.Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi vəzifəsini icra edən və böyük mühasib Elnur Atakişiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad nümayəndəliyi və könüllüləri iştirak etmişdir.

Əvvəlcə, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərkəzin direktoru Qəhrəmanova Ofeliya çıxış edərək amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından danışmışdır. Sonra tədbir iştirakçılarıda çıxış edərək öz fikirlərini söyləmişlər.

Sonda Mərkəzin film otağında Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkil etdiyi "Cəhənnəmi görmüş pilot" adlı sənədli filmə baxılmışdır.

Tədbirdə karantin rejiminin qaydalarına riayət edilmişdir.