Rəqs kursu

2018-ci ildən fəaliyyətə başlayan rəqs kursumuz Cəlilabadda böyük marağa səbəb olmuş və qısa müddət ərzində kursun sıralarına çoxlu üzv yazılmışdır. Dərslər peşəkar təhsil almış mütəxəssis Buludov Buludxan müəllim tərəfindən həyata keçirilir. Bu məşğələlər gənclərin və uşaqların bədənini gümrahlaşdırır, zehni yorğunluğu aradan qaldırır. Rəqs dərnəyi şagirdlərdə şən əhval-ruhiyyənin, özünə inam hissinin yaranmasına, yüksək estetik zövqün formalaşmasına xidmət edir. Burada “Rəqs özfəaliyyət kollektivi” də xususi ilə fərqlənir. Mərkəzdə əlamətdar tarixi günlər və hadisələrlə bağlı təşkil olunan bədii proqramlarda, şənliklərində, respublikanın həyatında baş verən mühüm hadisələrlə əlaqədar keçirilən tədbirlərdə “Rəqs özfəaliyyət kollektivi” böyük inamla çıxış edir, müxtəlif yönlü müsabiqə və festivallarda mərkəzi layiqincə təmsil edir. Dərnəyin məqsədi rəqs etməyi sərbəst bacarmaq, formada qalmaq, rəqs sənətini davam etdirmək, toylarda milli xalq mahnılarımızı rahatlıqla və peşəkar səviyyədə oynamaq, uşaqlarin asudə vaxtlarını səmərəli keçirməsini təşkil etməkdən ibarətdir.

Kompyuter kursu

Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində 2016 - cı ildən kompyuter kursu fəaliyyət göstərir. Kursun rəhbəri Şahəliyev Elşad müəllimdir. Kursun hazırda 15 üzvü var və üzvlərin sayında mövsümü olaraq dəyişikliklər olur. Kurslarımız şagirdlərə müəllimlərin köməyi ilə nəzəri və praktiki istiqamətlərdə tapşırıqlar həll etmək də, kompyuter biliklərinə tam sahib olmaqda yardımçı olur.Tədris istiqamətləri əsasən ilkin kompüter bilikləri, ilkin istifadə qaydaları, Ofis proqramları (Microsoft Word, Excel, Powerpoint, Access), Mühasibat proqramları (1C) və istəyə bağlı olaraq digər proqramların öyrədilməsidir. Ofis proqramları 6 aya tədris edilir. Tədris həftədə 3 dəfə olmaqla bir ayda 12 dərs şəklində aparılır. Tədris müddəti bitdikdən sonra kursu tam başa vurmuş şəxslərə diplom verilir.