Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Bacarıqlı əllər” əl işləri dərnəyi 3 ilə yaxındır milli adət-ənənələrimizə, Ulu Öndərə, milli musiqi alətlərimizə, sülhə, şəhidlərimizə, tanınmış yazıçılarımıza, ziyalılarımıza, sənətkarlarımıza, memarlıq abidələrimizə, Azərbaycançılıq ideologiyasına həsr olunmuş bir çox əl işləri ilə diqqəti cəlb edir. Dərnəyimizin üzvləri tətbiqi incəsənətin müxtəlif sahələrinə aid əl işləri hazırlayıb, nümayiş etdirirlər. Bu dərnək şagirdlərdə estetik hissi tərbiyə edərək, diqqəti, fantaziyanı, yaddaşı və.s inkişaf etdirir. ”Bacarıqlı əllər” dərnəyində uşaqların incəsənətə meylinin daha da artması və qabiliyyətlərinin təkmilləşdirilməsi üçün çalışırıq. Dərnək üzvləri bir-birindən gözəl,maraqlı əl işləri ilə seçilirlər. Əlavə olaraq əqli və fiziki inkişafına dəstək vermək məqsədi ilə açılan dərnəkdə 20 nəfərədək uşaq məşğul olur. Burada onlar mərkəzin işçilərinin köməyi ilə şəkil çəkir, toxumağı, muncuq və toxumlarla işləməyi öyrənirlər. Bacarıqlı əllər dərnəyində məşğul olan uşaqların əl işlərindən nümunələri bir çox əl işləri sərgisində nümayiş etdirilmişdir. Dərnək üzvlərindən dərnək rəhbəri Ağayeva Kəmalə və dərnək üzvü 13 yaşlı Nərmin Şıxıyevanın əl işlərindən bir neçəsi sərgilərdə özünə alıcı da tapmışdır.