Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Cəlilabad şəhərində 2014 - cü ildə möhtəşəm və hərtərəfli şəraitə malik olan Heydər Əliyev Mərkəzinin tikintisinə başlanılmış və 2015 - ci il avqust ayının 11 - in də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev yeni mərkəzin açılışını etmişdir.Həmin tarixdən də Cəlilabad rayonunda Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir və rayonun ictimai-siyasi həyatında çox mühüm rola malikdir.

Mərkəz 3 mərtəbədən ibarətdir və sahəsi 8800 kv.m - dir. 1 - ci mərtəbədə Foe - Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən muzey hissə, mühafizə otağı, qəbul otağı, qarderob, sərgi salonu, direktor otağı, qrim otağı, 2 sanuzel, qonaqların gözləmə otağı, böyük konfrans zalı, anfiteatr, 2 - ci mərtəbədə foe, ana və uşaq otağı, milli rəqs otağı, geyim otağı, mərkəzi idarəetmə otağı, komputer kursu, xarici dil kursları, rəsm studiyası, gimnastika və aerobika otağı, müasir formatlı 3D kino zalı, 3 - cü mərtəbədə fotostudiya otağı, nigah salonu və nigah otağı, Gənclər klubu, elektron kitabxana, xalça və tikiş otağı, 50 nəfərlik kiçik konfrans zalı, foe, internet kafe, 2 sanuzel, yardımçı otaqlar mövcuddur.

Rayonun ictimai – siyasi həyatında mühüm əhəmiyyət kəsb edən və ideoloji qərərgaha çevrilən Heydər Əliyev Mərkəzinin istifadəyə verildiyi 4 il ərzində müxtəlif xarakterli tədbirlər, əlamətdar günlər, bayramlar, dəyirmi masalar, məruzələr və mühazirələr təşkil edilmişdir ki, bunlarında bir çoxunda dövlət rəsmiləri ilə yanaşı xarici qonaqlar və digər dövlətlərin də rəsmi nümayəndələri iştirak etmişdir.