Cəlilabad şəhərində 2014 - cü ildə möhtəşəm və hərtərəfli şəraitə malik olan Heydər Əliyev Mərkəzinin tikintisinə başlanılmış və 2015 - ci il avqust ayının 11 - in də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev yeni mərkəzin açılışını etmişdir.

Mərkəz 3 mərtəbədən ibarətdir və sahəsi 8800 kv.m - dir. 1 - ci mərtəbədə Foe - Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən muzey hissə, mühafizə otağı, qəbul otağı, qarderob, sərgi salonu, direktor otağı, qrim otağı, 2 sanuzel, qonaqların gözləmə otağı, böyük konfrans zalından ibarətdir.

Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən muzey hissənin sahəsi 400 kv.m - dir.

Böyük konfrans zalı - Zalın və anfiteatrın ümumi sahəsi 1900 kv.m - dir. Burada bir çox mədəni - kütləvi tədbirlər və müşavirələr keçirilir. Zalda 700 oturacaq mövcuddur.

2-ci mərtəbədə foe, ana və uşaq otağı, milli rəqs otağı, geyim otağı, mərkəzi idarəetmə otağı, kompyuter kursu, xarici dil kursları, rəsm studiyası, gimnastika və aerobika otağı, müasir formatlı 3D kino zalı mövcuddur.

Kompyuter kursu - Peşəkar müəllim tərəfindən kompyuter kursu tədris olunur.

3 - cü mərtəbədə fotostudiya otağı, nigah salonu və nigah otağı, Gənclər klubu, kitabxana, xalça və tikiş otağı, 50 nəfərlik kiçik konfrans zalı, foe, internet kafe, 2 sanuzel, yardımçı otaqlar mövcuddur.

Kiçik konfrans zalı - Zalın ümumi sahəsi 102 kv.m - dir. Zal 50 nəfərlik tədbirlərin keçirilməsi üçün idealdır.

Kitabxana - Mərkəzimizin kitabxanasında 3500 - dən çox kitab mövcuddur. Böyüklərin və uşaqların asudə vaxtlarını keçirməsi üçün idealdır.