Bu gün İsmayıllı şəhidi Xəyyam Daşdəmirovun doğum günüdür.

Bu gün İsmayıllı şəhidi Xəyyam Daşdəmirovun doğum günüdür.


Bu gün İsmayıllı şəhidi Xəyyam Daşdəmirovun doğum günüdür.
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin rəhbəri və bir qrup əməkdaşı, rayon ictimaiyyəti ilə birgə Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş Xəyyam Daşdəmirovun İsmayıllının Balik kəndindəki məzarını ziyarət ediblər.
Şəhid Xəyyam Daşdəmirov 2002-ci ilin bu günü İsmayıllının Balik kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Xəyyam Daşdəmirov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub. Tovuz döyüşlərinin şəhidi Xəyyam Daşdəmirov iyulun 13-də doğulduğu İsmayıllı rayonunda dəfn olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!