“Kəndimizin etüdü” adlı layihəyə Ivanovka kəndində davam etdirilib

“Kəndimizin etüdü” adlı layihəyə Ivanovka kəndində davam etdirilib

İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyi “Kəndimizin etüdü” layihəsini davam etdirir.

Bu dəfə İsmayıllının İvanovka kəndinin həvəskar rəssamları bir araya gəlib.

Onlar kəndlərinin görməli yerlərini etüd ediblər.

Layihədə iştirak edən gənclər fırça, rəsm boyaları və vərəqlə təmin olunublar.

Qeyd edək ki, bu layihə rayonun 7 kəndində həyata keçiriləcək və sonda bütün rəsmlər İsmayıllı rayonunun mərkəzində sərgilənəcək.