"Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində konsert proqramı

"Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində konsert proqramı

"Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində 05.12.2019-cu il tarixdə İmişli rayon İcra Hakimiyyətinin, YAP İmişli Rayon Gənclər Birliyi və İmişli regional "ASAN xidmət" mərkezinin birgə təşkilatçılığı ilə 5-dekabr Beynalxalq Könüllülər Gününə həsr olunmuş konsert proqramı keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin birinci müavini Səfa Ağayev gənc könüllüləri təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Tədbirdə İmişli rayon İcra Hakimiyyətində və İmişli regional "ASAN xidmət" mərkezində iş təcrübəsi keçmiş könüllülər və rayon ictimaiyyəti iştirak etmişdir.Daha sonra konsert bir-birindən rəngarəng müsiqi nömrələri ilə davam etdirilmişdir.