Muradxanlı kəndində səyyar qəbul keçirildi

Muradxanlı kəndində səyyar qəbul keçirildi

26 noyabr 2019-cu il tarixdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Muradxanlı kənd sakinləri ilə səyyar görüş keçirmişdir. Görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, yerli sakinlər iştirak etmişlər.
Görüşü İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev açaraq bildirib ki, mütəmadi olaraq əhali ilə keçirilən görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və sakinlərdə narahatçılıq yaradan məsələləri həll etməkdir. İcra başçısı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilən sərəncamların əhəmiyyətindən, həmçinin aqrar sahənin inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlərdən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin müraciətləri ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir. Eyni zamanda qaldırılmış bir sıra məsələlər elə qəbul zamanı öz həllini tapmışdır.