Zaqatala rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tələbə - gənclər arasında “lektoriya” keçirilmişdir

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tələbə - gənclər arasında “lektoriya” keçirilmişdir
30 aprel 2019-ci il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tələbə - gənclər arasında Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkil etidiyi Heydər Əliyev irsinin təbliğinə həsr olunmuş “lektoriya” keçirilmişdir. Lektoriya iştirakçıları ilk öncə Ulu öndərin Heydər Əliyevin Mərkəzin həyətində ucaldılan heykəli önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Daha sonra iştirakçılar Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əsk etdirən muzeylə tanış olmuş və məlumat almışlar. Dövlət Himni ilə başlanan iclas sonra məruzəçi ADİU Zaqatala fililalının direktoru Orucəli Rzayev “Azərbaycan Dövlətçiliyinin formalaşmasında Heydər Əliyev erası” adlı məruzə ilə ulu öndərin keçdiyi şərəfli ömür yolundan tələbələrə bəhs etmişdir. Yekunda ulu öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş olunmuşdur.