Heydər Əliyev və İmişli

Heydər Əliyev və İmişli

Ulu Öndər Heydər Əliyev müxtəlif dövrlərdə İmişli şəhərinə səfər edib və sakinlərlə görüşlər keçirmişdir.Xalqla yaxından təmasda olan Ulu Öndər İmişli şəhərinin inkişafı üçün addımlar atmışdır.

İmişlidə 197-ci ildə inşa edilən "Qırmızı bina" uzun illər rayonun aparıcı idarə və təşkilatlarının öz qoynuna alıb.Hazırda İmişli şəhər icra nümayəndiliyi, şəhər bələdiyyəsi, rayon qəzeti bu divarlar arasında fəaliyyət göstərir.

Azərbaycana rəhbərlik etidyi bütün dövrlərdə ulu öndər Heydər Əliyevin İmişliyə hər gəlişi unudulmaz şadyanalıqla qarşılanırdı.Bu səfərlərin öz təravəti, öz bəhrəsi olardı.İstər kənd təsərrüfatında, istər təhsil, səhiyyə, mədəniyyət sahələrində o, il rekord nəticələr əldə edilərdi.Ulu öndərin vaxtilə İmişli rayon zəhmətkeşləri ilə görüşü zamanı dedikləri bu gün də çox aktual, vacib məslə kimi səslənir."Sənaye, kənd təsərrüfatı və xalq təsərüfatının başqa sahələrini inkişaf sürəti nəinki ilbəil, aybaay hətta günbəgün, saatbasaat artır.Lakin, əhalinin artan təlabatını lazımınca ödəmək üçün bu imkanları daha da surətləndirmçək lazımdır.Bu vacib məsələnin həllində İmişli rayonunun əməkçilərinin üzrəinə böyük vəzifələr düşür.İçlərinizə nəzər salarkən hiss olunur ki, ötən illərdə fədakarlıqla çalışmısınız".

Ulu öndərin İMişliyə 3-cü səfəri 1978-ci ilin iyulunda reallaşmışdır.Bu zaman rayonda kənd təsərrüfatı ilə yanaşı neftçıxarma işləri surətləndirilmiş, nəticədə rayonun potensial qüvvəsi xeyli artmışdır.Bu msələyə toxunan dahi siyasətçi demişdir : "Rayonda indi yeni peşə sahibləri- neftçilər nəsli yetişir.Kalxozçularla neftçilər arasında qarşılıqlı əlaqə yaratmaq onların hər ikisinə böyük fayda verər.Zəruri hallarda kənd əməkçilərinin neftçilərə, neftçilərin də əməkçilərə və heyvandarlara kömək əli uzatması olduqca vacibdir".

11 dekabr 1993-ci il... Bu həmin dövr idi ki, respublikamızda özbaşınalıq, xaus hökm sürür, torpaqlarımız erməni işğalçıları tərəfində işğal olunurdu.Belə bir vaxtda siyasi hakimiyyətə ikinci dəfə xalqın iradəsi ilə qayıtmış Heydər Əliyev İmişliyə gəldi.Üzünti içində olan insanlar öz xilaskarını sevinclər qarşıladılar.Ulu öndər üzünü İmişli camaatına tutaraq dedi : "Bu gün hamı, ən əvvəl əli silah tuta bilən kişilər vətənin müdafiəsinə qalxmalıdır, üstəlik buna dözməlidirlər ki, düşmən onun doğma torpağını arxayınca tapdalayıb, onun xalqının namusuna toxunur".Həmin gün həddindən artıq narahat və qayğılı olan ulu rəhbərin dəmiyol vağzalında, 1 saylı şəhər orta məktəbində, köçkünlərin məskunlaşdığı çadır şəhərciyində keçirdiyi görüş və söhbətlərin əsas mövzusu qaçqın və məcburi köçkünlərin məişəti, onların yerbəyer edilməsi barəsində oldu.

Ulu öndər sonuncu dəfə İmişliyə 1998-ci ilin payızında qədəm basdı.Bu, onun İmişliyə 5-ci gəlişi idi.