Heydər Əliyev Mərkəzinin işçiləri Ulu Öndərə həsr edilmiş film nümayiş etdirdilər

Heydər Əliyev Mərkəzinin işçiləri Ulu Öndərə həsr edilmiş film nümayiş etdirdilər

Bu gün İmişli şəhəri Heydər Əliyev Mərkəzində İmişli rayon Mədəniyyət mərkəzinin, MKS-nin, Heydər Əliyev Mərkəzinin əməkdaşları və Mərkəzi ziyarət edən gənclərin iştirakı ilə Ümummilli liderin əziz xatirəsi dərin ehtiramla yad edildi.İştirak edənlərə unudulmaz şəxsiyyət haqqında məlumat verildi : "Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, Azərbaycanı böyük bir fəlakətdən xilas etmiş, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırlamaqla Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışmış, bununla da müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə öz əbədi yerini tutmuşdur".
Anım mərasimi daha sonra Heydər Əliyev mərkəzində Ümummilli liderin həyat və yaradıcılığına həsr edilmiş qısametrajlı filmə baxışla davam etdirilib.

Ulu Öndər haqqında xoş təəssüratlar bölüşüldü.