İmişlidə hesabat yığıncağı keçirilib.

İmişlidə hesabat yığıncağı keçirilib.
İmişlidə hesabat yığıncağı keçirilib. 2019-08-07 31 iyul 2019-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci yarımilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. Birinci yarımilin nəticələrindən danışarkən cənab Prezident qeyd etmişdir ki, ilin əvvəlində qarşımıza qoyulan vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində, bu ilin birinci yarısında ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artıb, inflyasiya birrəqəmli olmaqla 3 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsində xüsusi rolu olan qeyri-neft sənayesində 8,8 faiz, kənd təsərrüfatında 7,6 faiz, informasiya və rabitə xidmətlərində 4,9 faiz, ticarətdə 2,5 faiz artıma nail olunub. 2019-cui ilin birinci yarımilində İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə2019-cu ilin yanvar-iyun aylarında ilkin məlumatlara əsasən 136860.4 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 73 miliyon 591 min manat çox olmuşdur. Bu əsasən şəkər zavodunun əvvəlki dövrə nisbətən 74.1 min ton şəkər tozu istehsal edilməsi olmuşdur. Fəaliyyət göstərən sənaye müəssisələrində mühüm növ məhsulların istehsalı aşağıdakı kimi olmuşdur. İstehsal olunan sənaye məhsullarının 95.3 faizi qeyri-dövlət sektorunun payına düşür. Mədənçıxarma sənayesi ümumi istehsalın 3.6 faizini, emal sənayesi 91.6 faizini, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi isə 4.8 faizini təşkil etmişdir. 2019-cu ilin yanvar-iyun aylarında 115564.1ton şəkər tozu istehsal olunmuşdur. Ümumiyyətlə İmişli Şəkər zavodu 2019-cu ilin yanvar-iyun aylarında 98022 min manatlıq məhsul istehsal etmiş və xidmətlər göstərmişdir ki, bu da həm sənaye məhsulunun, həmdə rayon üzrə ümumi məhsul buraxılışının əsasını təşkil edir. Kənd təsərrüfаtı məhsullаrının istеhsаlı üzrə: İmişli rayonunun iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı da, xüsusi yer tutur. Ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonumuzda kənd təsərrüfatı inkişaf etmişdir. Son illərdə olduğu kimi pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı müvafiq tapşırıq vermişdir. Məlumat üçün bildirirəm ki, bu il İmişli rayonunda 7492.3 ha torpaq sahəsində pambıq əkilmişdir Hazırda pambıq sahələrində becərilmə və suvarma işləri aparılır. Son illərdə olduğu kimi,taxılçılıq əsas bitkiçilik sahəsi kimi qalmaqdadır.Belə ki, 2019-cu ilin məhsulu üçün 2018-cı ilin payızında 19037.5 hektar sahədə taxıl səpini aparılmışdır. Həmin sahənin 6322.0 hektarı arpa 12715.5 hektarı isə buğda sahələri təşkil etmişdir. 01 iyul 2019-ci il vəziyyətə 19037.5 hektar sahədən 70821.4 ton taxıl məhsulu götürülmüşdür. Bundan 21621.3 ton arpa, 49200.1 ton buğda məhsulu toplanmışdır. Bu günədək sahələrdən 56.0 ton qarğıdalı, 2215.3 ton karof, 758.2 ton tərəvəz, 334.9 ton bostan, və 509.9 meyvə və giləmeyvə toplanmışdır. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatları fəaliyyət göstərir. Baramaçılığın inkişafı üzrə rayonmuzda işlər davam etdirilmişdir. Carı ildə rayon ərazisində 152 kümçüyə ipəkqurdu paylanaraq, 9551 kq yaş barama istehsal edilərək təhfil verilmişdir Azərbaycan Respublikasında “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq İmişli rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 10211 hektar torpaq sahəsinin Nazirlər Kabinetinin Qərarı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmişdir. 6000 ha qış otlaq sahəsinin isə təyinatının dəyişdirilməsi üzrə sənədləşmə işləri aparılır. Rayonda aparılan abadlıq və quruculuq işləri: İmişli şəhərinin M.Müşfiq, C.Cabbarlı, Q.Qarayev, Xan Şuşinski küçələrinə 14200 kv.m sahəyə asfalt örtüyü qoyulmüş, N.Savalanov. P.Həsənov, Sabir və 28 May küçələrindəyolların təmirinə başlanılmışdır. 34 km-lik Bəhrəmtəpə, Göbəktala, Məhəmmədli, İmişli, Cəfərli Oruclu Və Ağaməmmədli yerli əhəmiyyətli avtomobil yolunda təmir işləri başa çatdırılmışdır..132 şagird yerlik Aqranlı kənd 2 saylı orta məktəb binasının tikintisi, Muradxanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəb binasının quraşdırılması işləri başa catmış və 264 şagird yerli Muradxanli tam orta məktəbin tikintisinə başlanmışdır “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin tikintisi nəzərdə tutulmuşdur. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanaraq qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilmışdır. Həmçinin, rayonda bu təbəqədən olan insanlar üçün fərdi yaşayış evlərinin tikintisi aparılır. Şəhər əhalisinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli binanın tikintisinə başlamış, artıq tamamlama işləri gedir. Rayon İcra Hakimiyyətinin yeni müasir üslublu inzibati binasınında tikintisinə başlanmış və tikintisi davam etdirilir Əhalinin sosial müdafiəsi ilə bağlı: Ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş Dövlət Proqramlarının icrası uğurla icra edilmiş və bunun nəticəsində İmişli rayonunda 2019-ci ilin yanvar-iyun aylarında 1501 iş yeri açılmışdır. Rayon əhalisinin məşğulluğunun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, yarım il ərzində 772 nəfər daimi işlə təmin olunmuş, gəlirləri ehtiyac meyarından aşağı olan 455 ailəyə ünvanlı sosial yardımların verilməsi təmin edilmişdir. Əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtı: 2019-cu ilin 6 ayı ərzində istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılmış, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilmiş, yeni güc mərkəzləri yaradılmışdır. Bu müddətdə 120 ədəd müxtəlif güclü transformator cari təmir, 45 ədəd trasformator əsaslı, təmir edilərək əhalinin istifadəsinə verilmişdir. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində müvafiq işlər aparılmışdır. rayonun Muradalliı kəndində elektrik xətlərinin yenidənqurma işlərinə başlanmışdır, həmçinin Cəfərli Əliqulular, Muradxanlı, Ağaməmmədli və Oruclu kəndlərində elektrik təsərrüfatının yenidən qurulması üçün layihləndirmə işləri aparılır. Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda 2019-cu ilin 6 ayında 925 yeni fərdi ev, 6 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilmişdir.. Rayonun 49 yaşayış məntəqəsindən 39 yaşayış məntəqəsinin tam qazlaşdırılması təmin edilərək rayonun yaşayış məntəqələri üzrə qazlaşdırma 79.6 % olmuşdur. Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 43 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. İmişli şəhərinin bütün küçə və məhəllələri içməli su ilə təmin olunmuşdur. Bundan əlavə Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşan məcburi köçkün və qaçqın ailələrinə 550 mexaniki su sayğacı quraşdırılmış və abonentlərin istifadəsinə verilmişdir. Bundan başqa diametri 800 mm olan ümumi uzunluğu 15715 p/metr olan mikrotunelin qazıntısına başlanılmış və 230 ədəd mikrotunel üçün lazım olan şaxtaların 12 ədədinin tikinti işləri aparılmış, lakin 2014-cü ildən bəri kanalizasiya xətlərinin çəkilişi işləri tam dayandırılmışdır. Səhiyyə: Rayonun səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində geniş islahatlar aparılır.İlkin məmulatlara əsasən rayonda dövlət və qeyrı dövlət səhiyyə müəsisələrin əhatə etməklə 161 həkim və 612 orta tibb işçisinin çalışdığı 9 xəstəxana, 24 ambulator-poliklinika, 29 felşer-mama məntəqəsi fəaliyyət göstərir.Əhalinin hər 10000 nəfərinə orta hesabla 12 həkim ,48 orta tibb işçisi, 381 xəstəxana çarpayısı mövcud olmuş ,əhalinin hər 10000 nəfərinə 30 çarpayı təşkil etmişdir. Təhsil: Təhsil sistemində aparılan uğurlu islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi ilbəil artır və bu gün 15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərindən 989-u ali, orta ixtisas və orta təhsilə malikdir.Son illərdə ikinci növbələrdə məşğul olan şagirdlərin xususi çəkisində azalmalar müşahidə olunur. Rayonda 62 umumtəhsil məktəbi fəaliyyət göstərir.Bu məktəblərdə 17.5 minə qədər şagirdin tərbiyyəsi ilə 1488 müəllim məşğul olur.Müəllimlərin 1121 nəfəri ali, 353 nəfəri orta ixtisas, 14 nəfəri isə umumi orta təhsillidir.Rayon üzrə müəllimlərin 1093 nəfərini (73.4%) qadınlar təşkil edir. 2018-cı ildə rayon üzrə respublikanin dövlət və özəl ali təhsil müəsissələrinə 258 nəfər qəbul olmuşdur.Bu il ali məktəblərə qəbul olanlarin sayı ötən ildəkindən10nəfərcoxolmuşdur. Mədəniyyət: Dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi–texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanılmasından ibarətdir.Bu gun rayonda 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, 49 kütləvi kitabxana, 27 klub müəssisəsi, 3 muzey, 1 şəkil qalereyası, 3 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir. Gənclər və idman sahəsi üzrə Ötən illərdə olduğu kimi hesabat ilində də rayonumuzda gənclərin asudə vaxtlarının səmərəli təşkili və hərbi-vətənpərvərlik tərbiyəsi, onların müxtəlif idman növləri ilə məşğul olmaları üçün müvafiq şəraitin yaradılması-ümumilikdə isə gənclərin layiqli vətəndaş kimi formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi olaraq rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılmışdır. 2019-ci ilin 6 ayı ərzində Gənclər və İdman İdarəsi tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, “Xocalı faciəsi”, “31 Mart-Azərbaycanlıların Soyqırımı”, “20 Yanvar”la bağlı ədəbi-bədii kompazisiya və anım mərasimləri keçirilmişdir. “2 Fevral-Gənclər Günü” və “Novruz” şənliyi ilə bağlı isə Heydər Əliyev adına parkda tədbirlər keçirilmişdir. Nəqliyyаt sаhəsi üzrə: 2019-cu ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 4796.3 min manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 8.5 faiz çox xidmət göstərmişlər. Nəqliyyat xidmətindən gələn gəlirlərin 3567.2 min manatı yük daşınmsından, 1229.1 min manatı isə sərnişin daşımasından olmuşdur. Avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən 2019-cu ilin yanvar-iyun aylarında 893 min ton yük daşınmışdır. Bu isə keçən ilin müvafiq dövrünə nisbətən 2.9 faiz çoxdur. Daşınmış yüklərin 892.1 min tonu və ya 99,9 faizi qeyri-dövlət bölməsinin nəqliyyat vasitələri tərəfindən yerinə yetirilmişdir. Nəqliyyat sektorunda sərnişin daşınması yanvar-iyun aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 1.6 faiz artaraq 4442 min sərnişin təşkil etmişdir. Sərnişin daşınmasının hamısı qeyri-dövlət sektorunun nəqliyyat vasitələri tərəfindən həyata keçirilmişdir. 2019-cu ilin yanvar-iyun aylarında rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 320.4 min manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 10.8 faiz çox rabitə xidməti göstərilmişdir. Rabitə xidməti üzrə: Rabitə xidmətlərindən əldə olunan gəlirlərin hamısı dövlət sektorunun payına düşür. Rabitə xidmətlərinin 302.6 min manatı və ya 94.4 faizi əhaliyə göstərilən ödənişli xidmətlər təşkil etmişdir. Ticarət üzrə: Iqtisadi islahatların həyata keçirilməsi prosesi iqtisadiyyatın inkişafı üçün şərait yaratmış, iqtisadi inkişaf, infiliyasiyanın sabitləşməsi,təsərrüfat əlaqələrinin genişləndirilməsi rayonun sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmış, əhalinin həyat səviyyəsinin yüksəlməsinə təminat yaratmışdır. Aparılan iqtisadi islahatlar digər sahələr kimi ticarət və xidmət sahələrində də öz müsbət nəticələrini verməkdədir. 2019-cu ilin yanvar-iyun aylarında rayon üzrə pərakəndə əmtəə dövriyyəsi ilkin hesabatlara əsasən 121211.0 min manat, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 27140,0 min manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 3.8 faiz artmışdır. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmindən 0,1 faizi dövlət mülkiyyətində olan müəssisələrin hesabına olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-dövlət sektorunun payı 99,9 faiz təşkil etmişdir. Dövlət və qeyri-dövlət sektorunda, bütövlükdə 2019-cu ilin yanvar-iyun aylarında ictimai iaşənin dövriyyəsi 3407.2 min manat olmuş, bu isə keçən ilin müvafiq dövriyyəsi ilə müqayisədə 6.4 faiz çoxdur. Əhaliyə göstərilən ödənişli xidmətlərin səviyyəsini qaldırmaq, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə müxtəlif müvafiq icra orqanları tərəfindən lazımı tədbirlər planı hazırlanıb həyata keçirilir. Qeyd edək ki, qeyri-dövlət müəssisələri tərəfindən göstərilən xidmətin həcmi və keyfiyyəti yüksəlir. Əsasən bu sahədə fiziki şəxslər üstünlük təşkil edir və ümumi həcmin 86.8 faizini təşkil edir. Vətəndaş müraciətlərinə baxılması 2019-cu ilin 6 ayı ərzində İmişli Rayon İcra Hakimiyyətinə vətəndaşlardan daxil olmuş müraciətlərə baxılmasının vəziyyəti ətraflı təhlil edilmiş, aydın olmuşdur ki, carı ilin 6 ayı ərzində vətəndaşlardan rayon icra hakimiyyətinə 1032 müraciət daxil olmuşdur. Müraciətlərin 99 faizini ərizələr, 1 faizini şikayətlər təşkil etmişdir. Mürаciətlərin təhlili göstərir ki, Rаyоn İcrа Hаkimiyyətinə daxil olmuş 1032 vətəndaş mürаciətindən 405-i Аzərbаycаn Rеspublikаsı Prеzidеnti Administrasiyasından, 24-ü Milli Məclisdən, 25-i Nаzirlər Kаbinеtindən, 69-i rеspublikаnın digər təşkilаtlаrındаn, 509-u isə vətəndаşlаrdаn birbаşа Rayon İcra Hakimiyyətinə ünvаnlаnmışdır. Onlardan 160 müraciət torpaq məsələləri, 189 sosial müdafiə məsələləri, 291 mənzil məsələləri, 110 şəhərsalma və tikinti məsələləri, 61 şəhər, rayon İcra Hakimiyyətləri və bələdiyyələrin fəaliyyətləri ilə, 231-i isə digər məsələlərlə bağlı olmuşdur. 2019-cu ilin birinci yarımili ərzində sоsiаl-iqtisаdi inkişafın yеkunlаrının təhlili göstərir ki, rаyоndа iqtisаdiyyаtın bir çox sаhələrinin inkişafı təmin edilmiş, İmişli şəhərində abadlıq-qurucluq işləri həyata keçirilmiş, qarşıya qoyulan vəzifələrin icrаsı istiqаmətində yaxşı nəticələr əldə olunmuşdur. Bütün bunlarla yanaşı biz bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün qüvvəmizi sərf edəcəyik.