Sağlam ailə dəyərləri təlimi keçirildi

Sağlam ailə dəyərləri təlimi keçirildi

5 avqust 2019 cı il tarixində mərkəzimizdə "Sağlam ailə dəyərləri" adlı seminar keçirilmişdir.
Tədbirdə dövlət qurumları tərəfindən yeni hazırlanan "ailə strategiyası" layihəsi haqqında məlumat verilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideyn məsuliyyəti ilə bağlı da qanun layihəsi hazırlayıb.

Ailə Strategiyasının layihəsi artıq hazırdır, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ilin sonunadək hökumətə təqdim olunacaq.

Ailə Strategiyasının hazırlanması ilə əlaqədar Dövlət Komitəsi müvafiq qurumlarla əməkdaşlıq edib, təkliflər öyrənilib, bunun əsasında sənəd hazırlanıb.

Ailə Strategiyasında ailə məsələlərinə strateji baxış, dərin təhlil və gələcək fəaliyyətin istiqamətləri əksini tapıb: “Ailə Strategiyasında aztəminatlı, çoxuşaqlı ailələrlə bağlı məsələlər nəzərdə tutulub. Ümumiyyətlə, ailələrin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar məsələlər sənəddə əksini tapacaq”.

Dövlət Komitəsinin valideyn məsuliyyəti ilə bağlı qanun layihəsi də hazırladığını, hazırda müvafiq qurumlarla razılaşdırma mərhələsində olduğunu nəzərə çatdırıb: “Sənəddə Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və digər qanunvericilik aktlarına dəyişikliklər nəzərdə tutulur”.