Rayon haqqında məlumat

Rayon haqqında məlumat

Ərazisi 1,89 min kv.km-dır, 1 şəhər, 1 qəsəbə və 48 kənd vardır. Əhalisi 126,9 min nəfərdir. Əhalinin 39,9 min nəfəri (31,5%) şəhərdə, 87,0 min nəfəri (68,5%) kənddə yaşayır.

Sosial-iqtisadi göstəricilər:

Ümumi məhsul buraxılışı 2003-cü il illə müqayisədə 2017-cü ildə 10 dəfə, sənaye məhsulunun həcmi 20 dəfə və kənd təsərrüfatının ümumi məhsulu 5 dəfə artmışdır. Əsas kapitala yönəldilmiş investisiya 90 dəfə artaraq 89285,8 min manat, o cümlədən tikinti-quraşdırma işləri 210 dəfə artaraq 67857,4 min manat təşkil etmişdir;

Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə İmişli rayonu üzrə 1777 sahibkarlıq subyektinə 75.0 mln manat, o cümlədən 2014-cü ildə 270 sahibkara 16 mln ,2015 ci ildə 414 sahibkara 3.6 mln, 2016 ci ildə isə 103 sahibkara 815 min manat, 2017-ci ildə 35 sahibkara 5.6 mln manat dövlətin güzəştli kreditləri verilmişdir. Bu kreditlər hesabına 4600, o cümlədən 2017-ci ildə 2670 yeni iş yeri yaradılmışdır.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına 2.1 mln manat subsidiya verilmişdir;

2003-2016-cü il ərzində 16443-ü daimi olmaqla 25898 yeni iş yeri açılmışdır;

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2008-ci ildə ayrılmış 1,0 milyon manat vəsait hesabına H.Əliyev prospekti və şəhərin 13 küçəsi asfaltlaşdırılmış, 18 ictimai binanın dam örtüyü dəyişdirilmişdir;

Azərbaycan Respublikası Prezidentinin 30 mart 2010-cu il tarixli, 821 saylı Sərəncamına əsasən 136 çarpayılıq Rayon Mərkəzi xəstəxanası əsaslı təmir olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2011-ci il tarixli, 1163 saylı Sərəncamına uyğun olaraq İmişli-Qaravəlili-Mirili avtomobil yolunda tikinti işləri başa çatmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 05 may 2011-ci il tarixdə Olimpiya İdman Kompleksinin, İmişli-Qaravəlili-Mirili avtomobil yolunun, Araz çayının yeni qolu üzərində olan körpünün, Qarışıq Yem Zavodunun, Bitki Yağları Zavodunun, 40 min tonluq xammal anbarının, Çuğundur Yem Qurutma Zavodunun açılışında iştirak etmişdir.

2011-ci ilin may ayında Cənab Prezidentin Sərəncamı ilə 2,0 milyon manat vəsait ayrılmış Həmin vəsait şəhərin küçə və parklarının abadlaşdırılması istiqamətində xərclənmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il tarixli, 2512 saylı Sərəncamına uyğun olaraq Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisi məqsədi ilə 3,0 milyon manat vəsait ayrılmış, avtomobil yolu əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2017-ci il tarixli Sərəncamına uyğun olaraq 40 min əhalinin yaşadığı 6 kəndi birləşdirən və uzunluğu 26 km olan İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı 6,0 (altı) milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə vəsait ayrılmış, avtomobil yolu əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.

06.03.2018-ci il tarixli - İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən 1.52.2-ci yarımbəndində göstərilmiş məbləğin 19,9 mln manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılmış, İmişli “ASAN Həyat” kompleksi istifadəyə verilmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 uşaq yerlik İmişli şəhər körpələr evi - uşaq bağçası sakinlərin istifadəsinə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli, Sərəncamına uyğun olaraq İmişli rayonunun Qızılkənd kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat vəsait ayrılıb.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il tarixli, Sərəncamına uyğun olaraq 2,0 milyon manat vəsait ayrılmış həmin vəsait hesabına Heydər Əliyev parkının ərazisi genişləndirilmiş, park əsaslı təmir olunmuş, Heydər Əliyev prospekti və şəhərin digər küçələri əsaslı təmir olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və istirahət parkı salınmış, abidəsi ucaldılmış və mərkəzi yaradılmışdır; Şəhid ailələri və əlillər üçün iki 16 mənzilli yaşayış binasının və 17 fərdi yaşayış evinin, 8500 yerlik şəhər stadionunun, 500 yerlik “Elçin”, 600 yerlik “Kral” şadlıq saraylarının, 330 kv-luq 2-ci İmişli-Pаrsаbаd və 330 kv-luq İmişli-Şirvan DRЕS еlеktrik ötürücü хətlərinin inşаsı başa çatdırılmışdır;

İmişli Şəkər zavodu, Spirt emalı zavodu, İmişli Brоylеr fаbriki, Аrаz kоnsеrvləşdirilmiş şirələr və kоnyаk zаvоdu tikilib istifadəyə verilmiş, Rеgiоnаl Аqrоsеrvis və Təchizаt bаzаsı yаrаdılmış, Bəhrəmtəpə Hidrоqоvşаğının bərpаsı, Cəfərli, Hacırüstəmli və Aranlı kəndlərində meliorasiya-irriqasiya tədbirləri aparılmışdır.

Rayon Maliyyə idarəsi, DSMF İmişli rayon şöbəsi, Yanğından Mühafizə Deposu, Əhalinin Sosial Müdafiə Mərkəzi, Rayon Qaz İstismar idarəsi və Baytarlıq idarəsi üçün yeni inzibati binalar tikilib istifadəyə verilmiş, YAP İmişli rayon təşkilatının inzibati binasında, Rayon Mədəniyyət sarayında və Şəhidlər xiyabanında əsaslı təmir işləri aparılmışdır; Təcili və təxirəsalınmaz tibbi yardım stansiyası və Bioloji təhlükəsizlik laboratoriyası açılmışdır.

2012-ci ildən bu günədək Heydər Əliyev Mərkəzi, Şahmat məktəbi, 50 min tonluq taxıl anbarı, “Araz” Damazlıq Quşçuluq MMC, Bayraq meydanı, Regional Ədliyyə binası, MTN İmişli rayon şöbəsinin inzibati binası tikilmiş, Polis Şöbəsinin, rayon Prokurorluğunun, Təhsil şöbəsinin binası əsaslı təmir olunmuşdur. Heydər Əliyev parkında əsaslı yenidənqurma işləri aparılmış parkda musiqili fəvvarə quraşdırılmış, işıqlandırmas sistemi yenidən qurulmuşdur. Gənclər Mərkəzi, Uşaq Əyləncə Mərkəzi, Leyla Tibb Mərkəzi, “Araz” Ticarət Mərkəzi tikilmişdır. 2017-ci ildə İmişli Bayraq muzeyinin tikintisinə başlanılmış hazırda tikinti işləri davam etdirilir. Həmçinin 2017-ci ildə şəhərdə təmizlik və abadlıq işlərinin görülməsi üçün 130 nəfər, çoxmənzilli binaların təmiri ilə bağlı 130 nəfər işlə təmin olunmuş və Heydər Əliyev prospektində, M.Əsədov və 20 Yanvar küçələrində 6 dövlət yaşayış binası təmir olunmuşdur. 12 km-lik Heydər Əliyev prospekti, Z.Əliyeva, T.İsmayılov, H.Aslanov, M.Əsədov, 20 yanvar küçələri əsaslı təmir olunmuş, işıqlandırma sistemi qurulmuşdur. Şəhərdəki ictimai yaşayış binalarının dam örtüyü dəyişdirilmiş, fasadları ağlay üzlük daşlarla bəzədilmişdir. Xoşçobanlı-Murğuzalılı 6 km, Xəlfəli 6 km, Qulubəyli 3 km, Qızılkənd 2 km, Aranlı 2 km avtomobil yollarında isə təmir işləri başa çatdırılmış və əhalinin istifadəsinə verilmişdir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri başa çatmaq üzrədir. Bundan əlavə ASAN Xidmət Mərkəzinin tikintisinə ”Azərişıq” ASC-nin İmişli rayon Elektrik şəbəkəsinin tikintisi isə başa çatmaq üzrədir. 29 mart 2017-ci il tarixdə İmişli rayon Məhkəməsinin inzibati binasının açlışı olmuşdur. Həmçinin, rayonda növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin inzibati binasının, Belçikanın Lommel şəhəri ilə qardaşlaşmış şəhər layihəsi çərçivəsində SCHERJON süd və süd məhsulları, holland pendiri zavodunun, Şüşə zavodunun, Günəş batareyaları zavodunun tikintisi nəzərdə tutulmuşdur.Hər biri 100 yerlik olmaqla 2 körpələr evi uşaq baxçasının biri istifadəyə verilmiş, ikincisində isə son tamamlama işləri görülür. 55 yerlik Əliqulular kənd uşaq bağçası əsaslı təmir edilərək kənd sakinlərinin istifadəsinə verilmişdir. “MKT İK” MMC İmişli İnnovasiya fililalında son tamamlama işləri görülür.

1512 şagird yerlik 8 məktəb yenidən tikilmiş, 2864 şagird yerlik 9 məktəb isə əsaslı təmir olunmuşdur.

İctimai-siyasi vəziyyət:

Siyasi partiyaların 15 rayon təşkilatı, 72 məscid və 14 QHT fəaliyyət göstərir. 1 qəzet “Xalq sözü” nəşr olunur.