Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

İmişli şəhər Heydər Əliyev Mərkəzi (İmişli rayon Heydər Əliyev Muzeyi) İcra Hakimiyyətinin sifarişi ilə, Azərbaycan Respublikası Nazirlər kabinetinin 28 mart 2005-ci il tarixli 54 nömrəli sərəncamı ilə tikilməyə başlanıb. Mərkəz Mədəniyyət Turizm Nazirliyinin İmişli şəhərində Heydər Əliyev Muzeyinin yaradılması haqqında əmrinə əsasən yaradılıb. 23.03.2006-cı il tarixdə cənab Prezident tərəfindən açılışı olub.

Yeni 2 mərtəbəli İmişli şəhər Heydər Əliyev Mərkəzi 28.10.2012-ci ildə yaradılıb.

İmişli şəhər Heydər Əliyev Mərkəzi İmişli şəhəri Heydər 20 yanvar ünvanında yerləşir. Sahəsi 2000 kv metr-dir.Mərkəzin həyatyani sahəsi 1.5 hektardır.

Bina 2 mərtəblidir. I mərtəbə 7 otaqdan( Qarderob, İntellektual klub, Təlim otağı, inzibati otaqlar), Heydər Əliyev guşəsindən, Toplantı zalı (310 nəfərlik) və 1 foyedən ibarətdir. II mərtəbə 1 foye, ekspozisiya zalı, konfrans zalı, 3D kinozal, rəsm studiosı, Elektron kitabxana, Kitabxana və inzibati otaqlardan ibarətdir. Mərəkəzdə 14 işçi işləyir. Mərkəzin II mərtəbəsində əsasən dərnəklər və kurslar fəailiyyət göstərir. Ödənişsiz Rəssamlıq, Modelizm və Bacarıqlı əllər dərnəkərində hazırlanmış əl işləri II mərtəbənin foyesində geniş muzey şəkilində sərgilənir. Bundan başqa müxtəlif yerli dövlət və respublika əhəmiyyətli tədbirlərdə mütamadi olaraq nümayiş edilir. 2018-ci ildən isə mərkəzdə ödənişli İngilis dili və komputer kursları fəaliyyətə başlayıb.

Mərkəzin fondunda 2758 ədəd eksponat saxlanılır. Mərkəzin I mərtəbəsində yerləşən ekspozisiya zallarında Ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, sənədlər, kitablar və s. nümayiş edilir. 2013-cü ildən etibarən İmişli şəhər Heydər Əliyev Mərkəzinin II mərtəbəsində yerləşən uyğunlaşdırılmış konfrans zalında Dövlət əhəmiyyətli bayramlar və hüzn günləri ilə əlaqədar müxtəlif tədbirlər keçirilir, sərgilər təşkil olunur.

I mərtəbə yerləşən akt zalında isə əsasən xüsusi dövlət əhəmiyyətli iclas və tədbirlər keçirilir.

Kitabxana H.Əliyev irsinin araşdırma məqsədi ilə fəaliyyət göstərir. Kitabxananın kitab fondunda 2600 nüsxə vardır ki, bunlar kiril, Azərbaycan qrafikalıdır. İngilis və rus dillərindədir. Mərkəzin kitabxanası oxucuların rahat mütaliə etməsi üçün oxu zalından və fond otağından ibarətdir.