Mərkəzin binası

İmişli Şəhər Heydər Əliyev Mərkəzinin binası 2 mərtəbədən ibarətdir.Sahəsi 2000 kv metr / həyatyanı sahəsi 1.5 hektardır.

Mərkəzin binasının I mərtəbəsində yerləşən "Xarici dil kursu"-nun otağı.

Burada istənilən yaş həddində olan vətəndaşlar, xüsusən yeniyetmə və gənclər xarici dil biliklərini artırır və ya təkmilləşdirirlər.

Akt zalı.Bu zal 310 nəfərlikdir və müxtəlif dövlət tədbirləri, iclaslar bu zalda təşkil edilir.

Kitabxana.Kitabxanada günün istənilən vaxtı yeniyetmə və gənclər müxtəlif kitabladan istifadə edə bilərlər.Bunun üçün otaqda müəyyən edilmiş oxu stolu yerləşdirilib.Kitabxanada eyni zamanda elektron kitabxana sistemindən də yararlana bilirlər.

3D kinoteatr zalı.Gənclər üçün yaradılmış 3D kinoteatr otağı müxtəlif tarixlərdə təşkil edilən sənədli filmlər və digər mövzulada təqdim edilmiş filmlərin nümayişi üçün istifadə edilir.

Rəsm və dizayn studiosu.İstedadlı yeniyetmə və gənclər dərnəkdən yararlanıb öz bacarıqlı əllərini nümayiş etdirə bilərlər.

Konfrans zalı.Kiçik həmcli tədbirlərin, yığıncaq və toplantıların, eyni zamanda yüksək rütbəli dövlət məmurlarının vətəndaşları qəbulu bu zalda keçirilməsinə şərait yaradılır.