Birliklər

Heydər Əliyev Akademiyası

07.06.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Akademiyası” açılmışdır. Akademiya rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə yaradılmışdır. Akademiyaya rəhbərlik rayon İcra Hakimiyyəti Başçısı tərəfindən həyata keçirilir. Akademiyanın tərkibində rayonun bütün idarə və təşkilatlarının nümayəndələrindən seçilmiş 60 nəfər iştirak etmişdir. Akademiya 9 ay davam etmişdir. Akademiyada yaradılmış Siyasi-ideoloji və İctimai-humanitar bölmələrdə təsis edilmiş institutlar vasitəsilə Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi, Azərbaycançılıq idealogiyasının aşılanması, cənab Prezident İlham Əliyevin fəaliyyəti, dövlətimizin daxili və xarici siyasəti, sosial-iqtisadi inkişaf və həyata keçirilən geniş miqyaslı layihələr haqqında dolğun məlumatların gənc nəslə hərtərəfli çatdırılması, Hacıqabul rayonunun iqtisadi, sosial və mədəni-mənəvi inkişafına xidmət göstərmək Akademiyanın fəaliyyətinin əsas məqsədidir.

Aktiv Gənclər Birliyi

2017-ci ildən Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində Aktiv Gənclər Birliyi yaradılmışdır. Həmin kollektivin tərkibində rayonun aktiv gəncləri birləşib. Gənclər tez-tez rayonda və Heydər Əliyev Mərkəzində tədbirlər keçirirlər.