İşğaldan azad edilmiş Ağdam

İşğaldan azad edilmiş Ağdam
23 iyul 1993-cü il tarixində Erməni Silahlı Qüvvələri Qarabağın ən böyük rayonlarından olan Ağdamı işğal etdilər. Ağdam rayonunun ərazisi 1154 kv.km, əhalisinin sayı isə 164100 mindən çoxdur. Rayonun 122 kəndi var ki onların da hazırda 87-si işğal altındadır.Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olub. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olundu. Müharibənin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam əhalisinin üzərinə düşdü. 1988-ci ildə Emənistandakı dədə-baba torpaqlarından, daha sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki isti ocaqlarından qovulan on minlərlə azərbaycanlı da işğal olunmazdan öncə Ağdam rayonunda məskunlaşmışdı.1992-ci ildən rus ordusuna arxalanan Ermənistan Silahlı Qüvvələri Ağdama olan hücumları daha da intensivləşdirdi. Nəticədə 1993-cü il iyulun 23-də Ağdam şəhəri süquta uğradı. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər rayonun 846,7 kvadrat km sahəsini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular.Faktlar ermənilərin Ağdam şəhəri və rayonun işğal altındakı 87 kəndində vəşhicəsinə talan, qarətlə məşğul olduğunu sübut edir. Ağdamın müdafiəsi uğrunda döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı həlak olub, minlərlə insan fiziki şikəstlik qazandı, rayonun 126 min nəfərdən çox əhalisi öz doğma ev-eşiyindən qovularaq məcburi köçkünə çevrildi.Ermənilər işğal altında qalan çoxlu sayda tarixi, mədəni və dini abidələri yerlə-yeksan ediblər. Müharibə nəticəsində Ağdam rayonun 538 şəhid verib 587 sakin isə əlil olub. Ağdamda doğulub böyüyən və Qarabağ müharibəsində canını fəda edən 17 nəfər Azərbaycanın Milli Qəhrəmanı adını daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam rayonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.Rayonun Azərbaycan dövlətinin ərazilərində son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışdır.Cənab Prezidentin göstərişilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir.2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır.Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib, amma susur. Paşinyan məğlub edilmiş, rəzil vəziyyətdə olan diktatordur. Ermənistan diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid edib, Azərbaycanda isə xalq-iqtidar birliyi var. Azərbaycanın gücü milili birlikdədir. Azərbaycan Prezidenti beynəlxalq vəziyyəti düzgün təhlil edərək ölkənin güclənməsi yolunda ardıcıl addımlar atmış, lazım olan anda düşməni məğlub etmək üçün zərbə endirilmişdir. Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Xanım Ağayeva Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi