Hacıqabul rayon mədəniyyət müəssisələrinin növbəti onlayn seminar müşavirəsi keçirilmişdir

Hacıqabul rayon mədəniyyət müəssisələrinin növbəti onlayn seminar müşavirəsi keçirilmişdir
12.01.2021-ci il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayon üzrə nümayəndəsi Elnur Əmiraslanovun rəhbərliyi ilə videokonfrans keçirilmişdir. Hacıqabul rayon Mədəniyyət Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, rayon Heydər Əliyev Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Uşaq Musiqi Məktəbinin həmçinində şəhər,qəsəbə və kənd mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə baş tutan konfransda Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayon üzrə nümayəndəsi Elnur Əmiraslanov 2020-ci ilin yekun hesabatı və 2021-ci ildə görüləcək işlər, keçiriləcək tədbirlər haqqında məruzə etmiş, Regional İdarənin tapşırıq və tövsiyələrini mədəniyyət işçilərinin nəzərinə çatdırmışdır. Uşaq Musiqi Məktəbinin, Mədəniyyət Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbərləri çıxış edərək, rəhbərlik etdikləri müəssisələrin fəaliyyəti ilə bağlı 2020-ci ilin yekunu haqqında hesabat xarakterli məlumat vermiş, cari ilin “Tədbirlər planı”na uyğun olaraq görüləcək işlərdən söhbət açmışlar. Konfransın gedişatı zamanı mədəniyyət işçilərindən Zakir Sanıyev və Dostəliyev Əlislamın təklifləri dinlənilmişdir. Sonda Elnur Əmiraslanov yenicə daxil olduğumuz 2021-ci ildə hər kəsə uğurlar, işlərində müvəffəqiyyətlər arzulamışdır.