Yaxın mədəniyyət müəssisələri

Hacıqabul rayon Tarix-Diyarşünaslıq Muzeyi

Hacıqabul rayon Tarix-Diyarşünaslıq muzeyinin əsası 1989-cu ildə, onun ilk direktoru olmuş Hüseyin Hənifə oğlu İsayev tərəfindən qoyulmuşdur. 1000-ə yaxın eksponatla iki kiçik otaqda yerləşmiş həmin muzey normal fəaliyyəti üçün şərait olmadığından 1993-cu ildə bağlanmış, 10 il sonra onun fəaliyyəti bərpa olunmuşdur.

2003-cü ildə yenidən fəaliyyətə başlamış muzey iki böyük zal və üç köməkçi otaqda fəaliyyət göstərməklə, 4058-ə qədər eksponat 15 kolleksiyada (saxsı, bürünc, alüminium, parça, polad, kağız) toplanıb. Saxsı, mis və digər materiallardan hazırlanmış, əkinçilik, maldarlıq, toxuculuq (xalçaçılıq) kimi fəaliyyətlərə aid əşyalarla bərabər, elm, incəsənət, təhsil, hərb, dəmir yolu kimi sahələrlə bağlı sənəd, şəkil və digər eksponatlar rayonun tarixi, onun görkəmli adamları barədə kifayət qədər məlumat verir.
Muzeyin fəaliyyət göstərdiyi illər ərzində bura minlərlə tamaşaçı gəlmiş, müəssisədə çoxsaylı tədbirlər keçirilmiş, telesujetlər çəkilmiş, muzeyin işi və fondu ilə bağlı xeyli sayda mətbuatda material hazırlanmışdır.

Heydər Əliyev Mərkəzi ilə Tarix-Diyarşünaslıq Muzeyinin ara məsafəsi 800 m

Hacıqabul rayon MKS-nin 30 saylı filialı

Hacıqabul rayon MKS-nin 30 saylı filialı 2016-ci ildən fəaliyyət göstərir. Kitabxanaya gələn oxucularla kitab müzakirələri keçirilir. Məktəblərlərdə tarixi günlərlə əlaqədar dəyirmi masalar, tədbirlər keçirilir

Ümumi fond 2913 kitabdan ibarətdir. İllik oxucu sayı 1999, kitab verilişi 2726.

Heydər Əliyev Mərkəzi ilə ara məsafəsi 400 m.

Hacıqabul rayon Heydər Əliyev Parkı

Hacıqabul rayon Heydər Əliyev Parkı 2008-ci ilin may ayında tikilib, istifadəyə verilib. Sahəsi 1.49 hektardır. Parkın mərkəzində Ulu öndər Heydər Əliyevin heykəli ucaldılmışdır. Parkda 1 müəssisə (Heydər Əliyev Mərkəzi) fəaliyyət göstərir. Hacıqabul sakinləri və qonaqlarının asudə vaxtlarını keçirməsi üçün əlverişlidir.