Muzey

Ümummilli lider Heydər Əliyevin uğurlu həyat yolunu əks etdirən ekspozisiya zalı 1 büst, 119 şəkildən ibarət 6 fotostend, 52 vərəq tipli sənəd və 15 çərçivəli şəkillərdən ibarətdir ki, burada Ümummilli Liderin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyinin müxtəlif məqamları əks olunub.

Muzeyin fonduna 96 kitab, 30 disk daxildir. Muzeydə, həmçinin Ümummilli lider Heydər Əliyevin Hacıqabula etdiyi səfərlərin fotoları yerləşir. Ekspozisiya zalının bir guşəsində isə Prezident İham Əliyevin Hacıqabula etdiyi səfərlərin fotoları yerləşir.