Kitabxana

MKS-nin 2 saylı filialı 2017-ci ildən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzinə cəlb olunan əhali arasında ideya – siyasi işinin səmərəliyini artırmaq məqsədilə müxtəlif forma və metodlardan istifadə olunur. Heydər Əliyevin həyat və yaradıcılığı haqqında mühazirələr, söhbətlər, sual – cavab saatları təşkil olunur. Heydər Əliyev Mərkəzi ilə birlikdə mərkəzdə, məktəblərdə tarixi günlərlə əlaqədar tədbirlər, dəyirmi masalar keçirilir. Mərkəzin kitabxanasına gələn oxucularla kitab müzakirələri, dəyirmi masalar keçirilir, Heydər Əliyev haqqında yazılmış kitablar, monoqrafiyalar, qəzet və jurnallar, digər çap məhsulları barədə məlumatlarla tanış edilir. Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətinə həsr edilmiş mühazirə saatları, söhbətlər, dəyirmi masalar və s. təşkil olunur.

Filialın ümumi fondu 3362 kitabdan ibarətdir. İllik oxucu sayı 323, kitab verilişi 3702 təşkil edir