Heydər Əliyev və Hacıqabul

Heydər Əliyev və Hacıqabul

Hacıqabul rayonu Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində abadlaşan rayonlardandır. Heydər Əliyev respublikaya rəhbərliyi dövründə 2 dəfə Hacıqabul rayonunda səfərdə olmuşdur.

18 avqust 1970-ci il : Birinci səfərində Talış kəndində Kür Su Kəməri Kompleksinin Birinci xəttinin tikintisində iştirak etmişdir. O, bu səfərində Talış Kür-Su Kəmərlərinin tikintisi ilə tanış olmuş, idarənin mütəxəssisləri ilə söhbət etmişdir. Ulu öndər demişdir ki, "Kür Su Kəməri Kompleksinin işə salınması bütün Abşeronda əhalinin və xalq təsərrüfatının suya artan tələbatının ödənilməsində böyük rol oynayacaqdır".

16 avqust 1972-ci il : Ümummilli liderin Hacıqabul rayonuna ikinci səfəri. O, bu səfərində rayonun pambıq sahəsində olmuşdur. Rayon əhalisi Ulu öndəri gül buketləri ilə qarşılamışdır. Ümummilli lider Hacıqabulda pambıqçılığın inkisafi ilə maraqlanmış, pambıqçılıq briqadasının üzvləri ilə görüşmüş və səmimi söhbətlər etmişdir. Həmçinin Heydər Əliyev Hacıqabul rayonunun Kür sahilində olmuşdur.