Qalereya

Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin

Ekspozisiya guşəsi

BÜST

"Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir". Heydər Əliyev

BİRİNCİ LÖVHƏ

"Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmişdir."

Heydər Əliyevin sözləri ilə başlayan birinci lövhədə Ulu öndərin boya-başa çatdığı Naxçıvanda olan İlanlı dağın rəsmi yerləşdirilib.

İKİNCİ LÖVHƏ

"Gərək hər bir insan yaşadığı yer, küçə ev haqqında düşünsün."

Ulu öndərin sözləri ilə başlayan ikinci lövhədə isə onun ailəsi ilə birlikdə, uşaqlıq, gənclik, tələbəlik illərindəki rəsmləri yerləşdirilib.

ÜÇÜNCÜ LÖVHƏ

"Azərbaycan təhlükəsizlik orqanları ağır, çətin, eyni zamanda şərəfli yol keçibdir." Heydər Əliyev

Üçüncü və dördüncü lövhələrdə isə Heydər Əliyevin DTK-da oxuduğu, çalışdığı illərdə çəkilmiş rəsmlər yerləşdirilib.

DÖRDÜNCÜ LÖVHƏ

"Vətən birdir və hamı bu vətən üçün uğrunda çalışmalıdır." Heydər Əliyev

BEŞİNCİ LÖVHƏ

"Dünya quruculuqla, tikib yaratmaqla yaşayıb, inkişaf edibdir." Heydər Əliyev

Beşinci və altıncı, yeddinci lövhələrdə Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan Sovet Kommunist Partiyası Mərkəzi Komitəsinin I Katibi olduğu zaman Azərbaycanın inkişafı uğrunda gördüyü işlər bu rəsmlərdə öz əksin tapıb.

SƏKKİZİNCİ LÖVHƏ

Kür su kəməri kompleksinin işə salınması bütün Abşeronda əhalinin və xalq təsərrüfatının suya artan təlabatının ödənilməsində böyük rol oynayacaqdır. Heydər Əliyevin sözləri ilə başlanan bu lövhədə 18 avqust 1970-ci ildə Heydər Əliyev Hacıqabul rayonunda Talış kəndində Kür su kəməri kompleksinin birinci xəttinin tikintisi ilə yaxından maraqlanıb. Orada işləyən mühəndislərlə, fəhlələrlə səmimi söhbət edib.

DOQQUZUNCU LÖVHƏ

Mən keçmişdəki bütün fəaliyyətimlə fəxr edirəm. Heydər Əliyevin sözləri ilə başlanan bu lövhədə 1982-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin Birinci müavini olduğu illərdə göstərdiyi fəaliyyət öz əksini tapıb.

ONUNCU LÖVHƏ

"Doğma vətən torpağına vətəndaşlıq borcumu yerinə yetirməyə gəlmişəm." Heydər Əliyev

Bu lövhədə Heydər Əliyevin Naxçıvana qayıtdıqdan sonra göstərdiyi fəaliyyət şəkillərdə öz əksin tapıb. Heydər Əliyev 1990-cı ildə Azərbaycana qayıtmış, əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamışdır və həmin ildən də Azərbaycan Ali Sovetinə Deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respubliksı Ali Sovetinin sədr müavini olmuşdur. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilmişdir.

ON BİRİNCİ LÖVHƏ

"Biz Müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq." Ulu öndərin sözləri ilə başlayan bu lövhədə 1993-cü ildə Azərbaycan Respubliksının Prezidenti olduqdan sonra Azərbaycanın çiçəklənməsi uğrunda gördüyü işlər öz əksin tapıb.

ON İKİNCİ LÖVHƏ

"Respublikamızın zəngin istehsal imkanlarından, təbii sərvətlərindən səmərəli istifadə etmək lazımdır." Heydər Əliyev in sözləri ilə başlayan bu lövhədə 1998-ci ildə ümumxalq səsverməsi nəticəsində ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra gördüyü işlər öz əksin tapıb.

ON ÜÇÜNCÜ LÖVHƏ

"Azərbaycanın hər guşəsi bizim üçün müqəddəsdir." Ulu öndərin sözləri ilə başlayan bu lövhədə Hacıqabula etdiyi səfərlərin rəsmləri yerləşdirilib.

ON DÖRDÜNCÜ LÖVHƏ

"Mən çox istəyirəm ki, Hacıqabul daha da sürətlə inkişaf etsin." Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə başlayan bu lövhədə İlham Əliyevin Hacıqabula etdiyi səfərlərdən görüntülər öz əksin tapıb.