Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev tərəfindən Xocalı soyqırımına siyasi qiymət verilməsi” mövzusunda tədbir keçirilmişdir

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev tərəfindən Xocalı soyqırımına siyasi qiymət verilməsi” mövzusunda tədbir keçirilmişdir

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev tərəfindən Xocalı soyqırımına siyasi qiymət verilməsi” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Mərkəzin kollektivi ilə yanaşı, rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi filiallarının kitabxanaçıları, rayon Ailə və Uşaqlara Dəstək Mərkəzinin əməkdaşları, şəhər 4 saylı tam orta məktəbin bir qrup şagirdi, eləcə də qonaqlar: qocaman tarix müəllimi, Qarabağ hadisələrinin fəal iştirakçısı Mübariz Xəlilov, Qarabağ müharibəsi əlilləri İctimai Birliyi rayon şöbəsinin sədri İntiqam Abdulov və Xocalı hadisələrinin iştirakçısı, Qarabağ müharibəsi veteranı Nazir Əliyev iştirak etmişlər.
Tədbirin aparıcısı, Mərkəzin baş fond mühafizi Məhəmməd İsayev mövzu ətrafında çıxış etmiş, qonaqlardan Mübariz müəllim bütövlükdə Qarabağ müharibəsindən, Nazir Əliyev isə Xocalı hadisələrindən ətraflı danışmışlar.
Sonda Xocalı faciəsindən bəhs edən videofilm nümayiş etdirilmişdir.