Heydər Əliyev Akademiyasında növbəti məşqələ tədris olundu

Heydər Əliyev Akademiyasında növbəti məşqələ tədris olundu

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev Akademiyasının növbəti məşqələsi keçirilmişdir. Hacıqabul rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Sirac Əsgərov,rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektoru müdiri Emil Həsənov və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sənan Xəlilov mühazirələr oxumuşlar.

Tədris prosesi “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti”, “İnformasiya təhlükəsizliyi və sosial şəbəkələr”, " Müasir dövrdə dini durumun vəziyyəti” mövzuları çərçivəsində yekunlaşdı. Mövzular ətrafında maraqlı müzakirələr aparıldı.