Abbasov Hüseyin Əlizadə oğlunun Şəhadətə yüksəlməsinin bir ili tamam oldu

Abbasov Hüseyin Əlizadə oğlunun Şəhadətə yüksəlməsinin bir ili tamam oldu

29.11.2021-ci il tarixində Hacıqabulun qəhrəman oğlu Abbasov Hüseyin Əlizadə oğlunun Şəhadətə yüksəlməsinin bir ili tamam oldu.Şəhidin məzarı Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən ziyarət olundu.Məzarı üzərinə qərənfil qoyuldu. Allah rəhmət etsin.
Abbasov Hüseyn Əlizadə oğlu 1993-cü il-fevral ayının 13-də Haciqabul rayonunda anadan olub.
Hüseyn Aprel döyüşlərinin də iştirakçısı olmuşdur.
XususiTəyinatlı Qüvvələrinin kəşfiyyatçı giziri olan Hüseyn 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
28 noyabr 2020-ci il tarixində şəhid olduğu təsdiqlənib və 29 noyabr 2020-ci il tarixində doğulub boya-başa çatdığı Hacıqabul rayonunda dəfn edilib.
Ölümündən sonra "Vətən uğrunda" medali", "Suqovuşan uğrunda" medalı ilə təltif olunub.