Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirakı ilə 20 noyabr Ağdamın işğaldan azad olunmasının birinci ildönümünə həsr olunmuş tarix dərsi keçirilmişdir

 Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirakı ilə 20 noyabr Ağdamın işğaldan azad olunmasının birinci ildönümünə həsr olunmuş tarix dərsi keçirilmişdir
19 noyabr 2021-ci il tarixdə Hacıqabul şəhər 8 saylı tam orta məktəbin 9a sinfində rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirakı ilə 20 noyabr Ağdamın işğaldan azad olunmasının birinci ildönümünə həsr olunmuş "Ağdamin işğaldan azad olunması 27 illik uzun yolun 20 noyabr 2020-də bitən möhtəşəm sonu" adlı tarix dərsi keçirilmişdir. Məktəbin direktoru Xuraman Talıbovanın açdığı və tarix müəllimi Fariz Ağayevin apararaq, Qarabağ münaqişəsindən ətraflı məlumat verdiyi dərsdə Mərkəzin baş fond mühafizi Məhəmməd İsayev və elmi işçisi Xanım Ağayeva da çıxış edərək, dərsin mövzusu ilə bağlı şagirdlərlə fikir mübadiləsi etmişlər. Mərkəzin bələdçisi Nurlanə Muradovanın da iştirak etdiyi dərs olduqca maraqlı keçmiş və bu cür görüşlərin vaxtaşırı keçirilməsi qərara alınmışdır.