Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Böyük qayıdış” adlı təqdimat müsabiqəsi keçirilmişdir

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Böyük qayıdış” adlı təqdimat müsabiqəsi keçirilmişdir

Hacıqabul rayon İcra Hakimiyyətinin “Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 05 noyabr 2021-ci il tarixdə işğaldan azad olunmuş bölgələr barədə məktəblilərin “Böyük qayıdış” adlı təqdimat müsabiqəsi keçirilmişdir.
Müsabiqədə rayonun bir qrup idarə və müəssisə rəhbərləri, təhsil sistemində çalışan Vətən müharibəsi iştirakçıları iştirak etmişdir.
Müsabiqədə 10 ümumtəhsil müəssisəsinin təqdimat işi dinlənilmişdir. Münsiflər heyətinin qərarına uyğun olaraq şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatı 1-ci, şəhər 8 nömrəli məktəb-liseyin komandası 2-ci, şəhər 2 nömrəli tam orta məktəbin komandası 3-cü yerə layiq görülmüşdür.
Sonda qaliblər və iştirakçılar mükafatlandırılmışlar.