"Şəhidlər ölməz, Vətən bölünməz" adlı onlayn şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Şəhidlər ölməz, Vətən bölünməz" adlı onlayn şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb
Hacıqabul rayon Təhsil şöbəsi və Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəliyinin 2021-ci il 27 sentyabr-8 noyabr tarixlərində Vətən müharibəsinin birinci il dönümünün qeyd olunması ilə bağlı birgə Tədbirlər Planının icrası məqsədi ilə rayon Heyder Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 20.10.2021-ci il tarixdən 04.11.2021-ci il tarixinədək Heydər Əliyev Mərkəzinin facebook səhifəsində "Şəhidlər ölməz, Vətən bölünməz" adlı onlayn şeir müsabiqəsi keçirilmişdir. 04.11.2021-ci il tarixdə Heydər Əliyev Mərkəzində müsabiqədə qalib olan şagirdlərin təltif olunması məqsədi ilə tədbir keçirilmişdir. Tədbirdə müsabiqənin qalibləri ilə birlikdə Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov, rayon Təhsil Şöbəsinin müdiri Bəxtiyar Ələkbərov, rayon Mədəniyyət Mərkəzinin direktoru Mehdiqulu Fərəcov və rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Məhəmməd İsayev iştirak etmişlər. Onlar tədbirin hərbi-vətənpərvərlik əhəmiyyətindən danışaraq, müsabiqənin qaliblərini təbrik etmiş, onları diplom və hədiyyələrlə mükafatlandırmışlar.