Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Tarixin dönüş mərhələsində ən düzgün yolu seçmiş Azərbaycanlı” adlı tədbir keçirilmişdir

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Tarixin dönüş mərhələsində ən düzgün yolu seçmiş Azərbaycanlı” adlı tədbir keçirilmişdir
Milli Qurtuluş günü ilə əlaqədar olaraq 11.06.2021-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Tarixin dönüş mərhələsində ən düzgün yolu seçmiş Azərbaycanlı” adlı tədbir keçirilmişdir. Tədbirdə mədəniyyət işçiləri və Hacıqabul rayon 1 saylı tam orta məktəbin bir qrup müəllim və şagirdləri iştirak etmişlər. Əvvəlcə onları Mərkəzin direktoru Aytən Zülfəliyeva salamlamış və Qurtuluş günü münasibəti ilə qonaqları təbrik etmiş, tarixin dönüş mərhələsində “Qurtuluş tarixi” yazmış böyük şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün misilsiz xidmətlərindən bəhs etmişdir. Sonra 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş sənədli filmə tamaşa edilmiş, məktəblilərin ifasında şeirlər səsləndirilmişdir. Tədbirin sonunda Mərkəzin bələdçisi Nurlanə Muradova məktəbliləri Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin siyasi irsini özündə əks etdirən eksponatlarla tanış etmişdir.