Hacıqabul rayon, Yevlax şəhər, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Qurtuluşumuzun Xilaskarı " adlı video konfrans keçirilmişdir

Hacıqabul rayon, Yevlax şəhər, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Qurtuluşumuzun Xilaskarı " adlı video konfrans keçirilmişdir

09.06.2021 - ci il tarixdə Hacıqabul rayon, Yevlax şəhər, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Qurtuluşumuzun Xilaskarı " adlı video konfrans keçirilmişdir. Tədbiri giriş sözü Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova açaraq, iştirakçıları salamlamışdır, Qurtuluşumuzun şanlı tarixi haqqında ətraflı məlumat vermişdir. Mingəçevir Heydər Əliyev Mərkəzinin direktor əvəzi Tutu Xanlarova bu əzəmətli gün münasibətilə hər kəsi təbrik etmiş, zəfər tariximizin qurtuluş gününün davamı olduğunu vurğulamışdır. Çıxış edən Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva Ulu öndər Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıtması ilə Azərbaycanda qardaş qırğınını qarşısının alındığını vurğulayaraq, maraqlı faktlara toxunmuşdur. Hacıqabul, Yevlax, Mingəçevir Mərkəzlərində çalışan digər əməkdaşlar da Azərbaycan tarixində Ulu öndər imzasının böyüklüyündən, xalqımızın dünya xalqları içərisində tanıdılmasında bu böyük şəxsiyyətin əvəzsiz xidmətlərindən danışmışlar.