Kurslar

Heydər Əliyev Mərkəzində 2014-cü ildən kurslar keçirilməyə başlayıb. Bu günə kimi 51 nəfər kursu bitirməsi münasibəti ilə “Vəsiqə” almışdır. Hazırda Heydər Əliyev Mərkəzində Xalça-toxuculuq, Rəsm və “Ailədə İlkin Tibbi Yardım” kursu fəaliyyət göstərir.

Xalça-toxuculuq kursu

Mərkəzin Xalq yaradıcılıq studiyasında gənclər qədim və müasir xalçaçılıq sənəti, toxuma və toxuculuq sənətini təcrübəli xalça ustasından dərs almaqla öyrənirlər. Bu günə kimi 15 nəfər kursu bitirib “Vəsiqə” alıb. Kurs üzvləri tərəfindən müxtəlif ölçülü 9 xalça və müxtəlif əl işləri toxunub. Kurs həftədə iki dəfə iki saat olmaqla keçirilir. Kursun müddəti bir ildir.

Rəsm kursu

Mərkəzin rəsm studiyasında rayonun gəncləri və məktəblilər istedadlı rəssamdan rəssamlıq sənətinin sirlərini öyrənir və öz istedadlarını nümayiş etdirirlər. Bu günə kimi 32 nəfər Rəsm kursunu bitirib “Vəsiqə” alıb. Kurs həftədə iki dəfə iki saat keçirilir. Kursun müddəti bir ildir. Kurs müəllimi Rəssamlıq Akademiyasını bitirmiş təcrübəli rəssamdır.Mərkəzdə rəsm kursu keçən kiçik rəssamlar və rayon gəncləri mütəmadi olaraq rayon, Respublika və Respublikadan kənarda keçirilən rəsm müsabiqələrində fəal iştirak edirlər, Diplomlar və qiymətli hədiyyələrlə mükafatlanırlar. Belə ki, 2015-ci il Bakıda Elmi Metodiki Mərkəzin Bayraq günü münasibəti ilə təşkil etdiyi sərgidə rəsm kursumuzun iki üzvü 10 rəsmlə iştirak etdi, İbrahimov İxtiyar Respublika ikincisi oldu.Diplom və hədiyyə ilə mükafatlandırıldı, Aztv-də “Səhər” verlişinə dəvət aldı və iştirak etdi.Rəsm müəllimi Fəridə Zülfəliyeva Fəxri Fərmanla mükafatlandırıldı. 2016-cı ildə isə 2 kiçik rəssamımızın əl işi Yunanıstanın Ksanfi şəhərinə sərgiyə göndərildi.

Heydər Əliyev Mərkəzində dərnək üzvlərinin, müəllimlərin rəsm əsərlərindən ibarət qalereya, sərgilər hazırlanıb.Mərkəzin eksponatlarının və dərnək üzvlərinin sərgiləri Mədəniyyət günləri və müxtəlif tədbirlər vaxtı Mərkəzdən kənarda da sərgilənir. 2018-ci ildə Cümhuriyyətin 100 illiyi münasibəti ilə keçirilən “Bölgələrdən bölgələrə” tədbirində Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əl işlərindən ibarət sərgi Naftalan, Sumqayıt və Tovuzda sərgiləndi.

Ailədə İlkin Tibbi Yardım kursu

28.09.2018-ci il tarixindən “Ailədə İlkin Tibbi Yardım” kursu fəaliyyətə başladı. Kursun 14 üzvü var. Kursun müddəti bir ildir. Həftədə bir dəfə iki saat müddətində keçirilir. Kursu bitirənlərə Vəsiqə verilir. Kurs müəllimi təcrübəli həkimdir.