Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Hacıqabul rayon Heydər Əliyev Muzeyi 2008-ci il may ayının 10-dan etibarən fəaliyyətə başlamışdır. Təşkilati qaydada muzey 2009-cu il fevral ayından fəaliyyət göstərir. Cənab Prezident İlham Əliyev 03.09.2009-cu ildə ilk dəfə Hacıqabul rayon Heydər Əliyev Muzeyində olmuşdur. Muzeyin Xatirə kitabına öz ürək sözlərini qeyd etmişdir.

Muzeyin ümumi sahəsi əvvəlcə 258,64 m² olmuşdur. Ekspozisiya sahəsi 172 m² olmuşdur. Həmin dövrdə eksponatların sayı 137 ədəd, bunlarda 64 ədədi fotoşəkil, 29 ədədi sənədlər və 44 ədədi sair eksponatlardan ibarət olmuşdur.

Mədəniyyət və Turizm Nazirinin 24 yanvar 2012-ci il tarixli 19 №-li əmrinə əsasən 01 fevral 2012-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Muzeyi Heydər Əliyev Mərkəzi adlandırılmışdır. 23 aprel 2012-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə təsdiq olunmuş Əsasnamə hazırlanmışdır. Hazırda Mərkəz adı ilə fəaliyyət göstərir.

Mərkəzdə 2012-ci ilin fevral ayından aparılan təmir tikinti işlərindən sonra bina genişləndirilmiş və ümumi sahəsi 1172,5 m² -ə çatdırılmışdır. 15.04.2013-cü ildə Cənab Prezidentin Hacıqabula yenidən səfəri zamanı Heydər Əliyev Mərkəzinin tikinti təmir işlərindən sonrakı vəziyyəti ilə maraqlanmışdır.

Mərkəzdə əlavə olaraq 311,68 m² olan ekspozisiya zalı, 42,99 m² xalq yaradıcılıq studiyası, 42,99 m² rəsm studiyası, 29.44 m² internet elektron kitabxana, 24 m² foto studiya, 29,58 m² xarici dil öyrənmə mərkəzi, 54,54 m² konfrans zalı, 55,7 m² kino zalı yaradılmışdır ki, bu da rayon gənclərinin Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və eləcə də bilik və bacarıqlarının artırılması, xarici dillərin öyrənilməsi, elektron kitabxanalardan geniş istifadə olunması üçün imkanlar yaradır.
Heydər Əliyev Mərkəzi Ümummilli lider Heydər Əliyevin irsi, onun həyat və fəaliyyəti ilə bağlı eksponat, kino, video və fotosənəd nümunələrini toplayan, qoruyan, nümayişini və elmi cəhətdən öyrənilməsini təşkil edən, gənclərin və yetişməkdə olan nəslin Heydər Əliyev ideyaları, milli-vətənpərvərlik ruhunda tərbiyyəsinə, onların mənəvi və intelektual inkişafına kompleks yanaşmanı təmin edən mədəniyyət, təhsil və elmi-tədqiqat müəssisəsidir.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin ekspozisiya zalı ümumilikdə 334 fond vahidindən ibarətdir. Daimi fond vahidləri 1 büst, 6 stend və bu stendlər 119 şəkildən ibarətdir, 52 vərəq tipli sənəd, 15 çərçivəli şəkillər, 96 kitab, 1 bitmiş daxil olma kitabı, 30 disk, sonradan qəbul edilmiş 2 stend: 20 şəkildən ibarətdir.

Mərkəzin eksponatları Arəzbaycan Respublikası Mədəniyyət Nazirliyinin göstərişi ilə ADZON şirkəti tərəfindən hazırlanmış portala işlənir.(www.museums.com.az) 330 eksponat portala işlənib.

Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də tədris, təlim-tərbiyyə və kütləvi tədbirlər bölməsi.(Heydər Əliyev dərsləri,Heydər Əliyev Akademiyası, kurslar, tarix aylıqları, müxtəlif tədbirlər, iclaslar, rəsmi görüşlər, nigahlar)

Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının, Milli Məclisin qərarlarının, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Hacıqabul rayon İHB-nın sərəncamlarını həyata keçirmək məqsədi ilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində təbliğatın bütün vasitələrindən lazimi səviyyədə istifadə edilir.

Hacıqabul royon Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı tədbirlər, mühazirə, dərslər, ekskursiyalar, tarixi günlər, hərbi vətənpərvərlik, dini radikalizm, narkomaniya, erkən nigah, İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon tədbirləri, Nazirlərin qəbulu, rayon Təhsil şöbəsi ilə birgə tarix aylıqları, Heydər Əliyev dərsləri, dərnəklər, slaydların yığılması, şeir, rəsm müsabiqələri, rayon Gənclər və İdman idarəsi ilə birgə rəsm sərgiləri, bilik müsabiqələri, dəyirmi masalar, müsabiqələr, təqdimatlar, Mərkəzi kitabxana və kitabxana filialları ilə tez-tez tədbirlər, dəyirmi masalar, kitab sərgiləri, həmçinin, rayonun Həmkarlar təşkilatı ilə birgə tədbirlər, dəyirmi masa, mühazirə, filmlərin nümayişi, “Açıq qapı” günləri, Kino günləri səyyar sərgilər, məktəblərdə, baxçalarda uşaqlarla söhbət, tədbir, oyunlar, gənc yetənəklərin üzə çıxarılması ilə bağlı rəsm, şeir müsabiqəsi, intelektual oyunlar, debat yarışları və s. keçirilir. MKS-nin 2 saylı filialı da 2017-ci ildən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 27.04.2014-cü ildən etibarən Nigah mərasimləri qeyd olunmağa başlayıb. Artıq bu günə kimi 194 nigah mərasimi qeyd olunub.(Bunlardan 12-si təntənəli nigah mərasimi olmuşdur.)

2014-cü ildən Heydər Əliyev Mərkəzində rayonun orta təhsil məktəblərinin 11-ci sinif şagirdlərinə “Heydər Əliyev dərsləri” keçirilməyə başlanıb.1319 şagird bu dərslərdə iştirak edib.

07.06.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Akademiyası” açılmışdır.

2018-ci ilin iyul və avqust aylarında kiçik yaşlı uşaqlar üçün “Yay məktəbi” fəaliyyət göstərdi. 14 uşaq “Yay məktəbi”ndə iştirak etdi.

Heydər Əliyev Mərkəzində 2014-cü ildən kurslar keçirilməyə başlayıb. Bu günə kimi 51 nəfər kursu bitirməsi münasibəti ilə “Vəsiqə” almışdır.

Hazırda Heydər Əliyev Mərkəzində Xalça-toxuculuq, Rəsm və “Ailədə İlkin Tibbi Yardım” kursu fəaliyyət göstərir.

Mərkəzin Xalq yaradıcılıq studiyasında gənclər qədim və müasir xalçaçılıq sənəti, toxuma və toxuculuq sənətini təcrübəli xalça ustasından dərs almaqla öyrənirlər. Bu günə kimi 15 nəfər kursu bitirib “Vəsiqə” alıb. Kurs üzvləri tərəfindən müxtəlif ölçülü 9 xalça və müxtəlif əl işləri toxunub.
Mərkəzin rəsm studiyasında rayonun gəncləri və məktəblilər istedadlı rəssamdan rəssamlıq sənətinin sirlərini öyrənir və öz istedadlarını nümayiş etdirirlər. Bu günə kimi 32 nəfər Rəsm kursunu bitirib “Vəsiqə” alıb. Mərkəzdə rəsm kursu keçən kiçik rəssamlar və rayon gəncləri mütəmadi olaraq rayon, Respublika və Respublikadan kənarda keçirilən rəsm müsabiqələrində fəal iştirak edirlər, Diplomlar və qiymətli hədiyyələrlə mükafatlanırlar. Belə ki, 2015-ci il Bakıda Elmi Metodiki Mərkəzin Bayraq günü münasibəti ilə təşkil etdiyi sərgidə rəsm kursumuzun iki üzvü 10 rəsmlə iştirak etdi, İbrahimov İxtiyar Respublika ikincisi oldu.Diplom və hədiyyə ilə mükafatlandırıldı, Aztv-də “Səhər” verlişinə dəvət aldı və iştirak etdi.Rəsm müəllimi Fəridə Zülfəliyeva Fəxri Fərmanla mükafatlandırıldı. 2016-cı ildə isə 2 kiçik rəssamımızın əl işi Yunanıstanın Ksanfi şəhərinə sərgiyə göndərildi.

Heydər Əliyev Mərkəzində dərnək üzvlərinin, müəllimlərin rəsm əsərlərindən ibarət qalereya, sərgilər hazırlanıb.Mərkəzin eksponatlarının və dərnək üzvlərinin sərgiləri Mədəniyyət günləri və müxtəlif tədbirlər vaxtı Mərkəzdən kənarda da sərgilənir. 2018-ci ildə Cümhuriyyətin 100 illiyi münasibəti ilə keçirilən “Bölgələrdən bölgələrə” tədbirində Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əl işlərindən ibarət sərgi Naftalan, Sumqayıt və Tovuzda sərgiləndi.

28.09.2018-ci il tarixindən “Ailədə İlkin Tibbi Yardım” kursu fəaliyyətə başladı. Kursun 14 üzvü var.
Mərkəzin İnternet elektron kitabxana otağında elektron kitabxanadan, internetdən istifadə edilir, uşaqlar tərəfindən müxtəlif tədbirlərlə bağlı slaydlar hazırlanır, müsabiqələr keçirilir.

Kino zalında Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filimlər nümayiş olunur.Müxtəlif tarixi hadisələrlə bağlı tədbirlər keçirilir, tarix dərsləri, Heydər Əliyev dərsləri, Heydər Əliyev Akademiyası keçirilir.

2018-cu ilin yanvar ayından dekabr ayının sonuna kimi 10557 tamaşaçı qəbul olunub, 511 qrup halında ekskursiya təşkil olunub, 53 nigah mərasimi qeyd olunub.

Hazırda Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktorla birlikdə 13 işçisi var: (Tarif cədvəli ilə 14; gözətçi- vakant)

Heydər Əliyev Mərkəzində və rayonda keçirilən bütün tədbirlər haqqında mütəmadi olaraq məlumatlar “Hacıqabul”, “Mədəni-irs” qəzetinə, www.mct.gov.az, www.xalqxeber.com, www.gündəmxəbər.com, www.günxəbər.com, www.təzadlar.com, www.bölgəxəbər.com, www.tia.az, www.dia.az, www.pia.az, www.btv.az, www.sabirabad.mctgov.az və s. saytlarına verilir, Mərkəzin facebook, instaqram səhifələrinə yerləşdirilir.

Mərkəzin loqosu hazırlanıb.

Mərkəzin tədqiqat qrupu da fəaliyyət göstərir, bu günə kimi bir çox eksponatlar toplamağa müvəffəq olmuşdur.
Mərkəzin fond satınalma komissiyası yaradılıb.