Mərkəzin binası

Hacıqabul rayon Heydər Əliyev Muzeyi 2008-ci il may ayının 10-dan etibarən fəaliyyətə başlamışdır.Təşkilati qaydada muzey 2009-cu il fevral ayından fəaliyyət göstərir. Cənab Prezident İlham Əliyev 03.09.2009-cu ildə ilk dəfə Hacıqabul rayon Heydər Əliyev Muzeyində olmuşdur. Muzeyin Xatirə kitabına öz ürək sözlərini qeyd etmişdir.

Mədəniyyət və Turizm Nazirinin 24 yanvar 2012-ci il tarixli 19 №-li əmrinə əsasən 01 fevral 2012-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Muzeyi Heydər Əliyev Mərkəzi adlandırılmışdır. 23 aprel 2012-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə təsdiq olunmuş Əsasnamə hazırlanmışdır. Hazırda Mərkəz adı ilə fəaliyyət göstərir.

Mərkəzdə 2012-ci ilin fevral ayından aparılan təmir tikinti işlərindən sonra bina genişləndirilmiş və ümumi sahəsi 1172,5 m² -ə çatdırılmışdır. 15.04.2013-cü ildə Cənab Prezidentin Hacıqabula yenidən səfəri zamanı Heydər Əliyev Mərkəzinin tikinti təmir işlərindən sonrakı vəziyyəti ilə maraqlanmışdır.

Mərkəzdə əlavə olaraq 311,68 m² olan Ekspozisiya zalı, 42,99 m² Xalq yaradıcılıq studiyası, 42,99 m² Rəsm studiyası, 29.44 m² İnternet elektron kitabxana, 24 m² Foto studiya, 29,58 m² Xarici dil öyrənmə mərkəzi, 54,54 m² Konfrans zalı, 55,7 m² Kino zalı yaradılmışdır ki, bu da rayon gənclərinin Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və eləcə də bilik və bacarıqlarının artırılması, xarici dillərin öyrənilməsi, elektron kitabxanalardan geniş istifadə olunması üçün imkanlar yaradır.