Xaçmaz Regional Mədəniyyət İdarəsinin növbəti onlayn müşavirəsi keçirilib

Xaçmaz Regional Mədəniyyət İdarəsinin növbəti onlayn müşavirəsi keçirilib

19 may 2020-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin onlayn video müşavirəsi keçirilib. Müşavirədə idarənin aparat əməkdaşları, rayonlar üzrə nümayəndələr, şura üzvləri və müəssisə rəhbərləri iştirak edib. İdarə rəisi Nazim Ağayev son günlər mədəniyyət sahəsində baş verən hadisələr, koronavirus epidemiyası ilə əlaqədar mədəniyyət işçilərinin təbliğat və maarıfiləndirmə işlərində fəal iştirakı, onlayn tədbirlər və distant dərslər barədə danışdı.
N.Ağayev uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri tərəfindən distant dərslərin gündəlik olaraq keçirilməsi, fəaliyyəti bərpa edilmiş müəssisələrdə işçilərin nizam-intizam və sanitar gigiyena qaydalarına ciddi riayət etmələri, muzey və sərgi salonlarında sosial məsafənin saxlanılması, hazırlanan videoçarxların keyfiyyətinin daha da yaxşılaşdırılması və əlamətdar günlərlə bağlı video materialların hazırlanaraq sosial şəbəkələrdə yerləşdirilməsi və bu işlərdə əməkdaşların fəal iştirakı istiqamətində müvafiq tövsiyyə və tapşırıqlarını verdi.