Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanovanın “Azərbaycançılıq ideologiyası multikultural ve etik-əxlaqi dəyərlər sistemində” adlı kitabı rayon ictimaiyyətinə təqdim olunub

Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanovanın “Azərbaycançılıq ideologiyası multikultural ve etik-əxlaqi dəyərlər sistemində” adlı kitabı rayon ictimaiyyətinə təqdim olunub

Qusar rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı “Azərbaycana həsr olunmuş ömür” adlı konfransda Mərkəzin direktoru Neva Abdurahmanovanın “Azərbaycançılıq ideologiyası multikultural ve etik-əxlaqi dəyərlər sistemində” adlı kitabı rayon ictimaiyyətinə təqdim olundu. Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunur.

Azərbaycan xalqının yerləşdiyi tarixi-coğrafi məkanın özünəməxsus xüsusiyyətlərindən biri də budur ki, bu arealda (və ərazi vahidində) yerli aborigen əhali ilə yanaşı digər etnik-milli azlıqların (və etnik qrupların) yerli türkəsilli əhali ilə zaman-zaman birgə yaşaması, qaynayıb qarışması, eyni tale və qayğılarla dolu gün-güzəran keçirmələri, belə birgəlik və taleyüklü məsələlərdə eyni mövqedən çıxış etməyi qaçılmaz etmişdir. Neva Abdurahmanovanın “Azərbaycançılıq ideologiyası multikultural və etnik-əxlaqi dəyərlər sistemində” adlı kitabında milli ideologiya kimi formalaşan Azərbaycançılıq belə bir aspektdən dəyərləndirilməklə onun təməlində dayanan prinsipial məqamlar təhlil müstəvisinə çıxarılır. Kitabın elmi-nəzəri və praktik əhəmiyyətini artıran bir əlamətdar cəhət də odur ki, müəllif əldə rəhbər tutduğu müddəalardan, təcrübə və nailiyyətlərdən faydalanmaqla eyni vaxtda dövlətin aparıcı bir xətt və istiqamət kimi müəyyənləşdirdiyi strategiyaya sadiq qalır, onu özünü ictimai fəaliyyəti ilə üzvi surətdə əlaqələndirməyə nail olur. Neva Abdurahmanova Azərbaycançılıq təlimində əsas ideoloji xətt kimi diqqəti çəkən multikultural dəyərlərə önəm verilməsini sadəcə olaraq bir fakt kimi xatırlatmır, onu yüzillər boyu türkəsilli yerli əhali ilə ayrı-ayrı milli azlıqların və etnik qrupların birgə yaşam tərzindən, sıx əlaqə və münasibətlərindən çıxış edərək fikir yürüdür, Azərbaycanın dövlət siyasətində mədəni müxtəlifliyin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün respublikada yaradılan münbit şəraitdən faktların dili ilə “danışır”, belə bir modelin Azərbaycan nümunəsinin yaradılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi olaraq vurğulayır. Bu mənada kitabın Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunması da təsadüfi deyil.

https://azertag.az/xeber/Neva_Abdurahmanova_Umummilli_Lider_hele_o_illerde_Azerbaycanin_geleceyini_hesablayir_bu_gununu_qururdu-1305575#.XSixSzdOJA5.facebook