"Zamanın fövqündə duran dahi şəxsiyyət" mövzusunda onlayn tədbir

"Zamanın fövqündə duran dahi şəxsiyyət" mövzusunda onlayn tədbir

Qusar rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin, rayon təhsil və mədəniyyət işçilərinin iştirakı ilə xalqımızın iftixar mənbəyi, nəsillərə örnək olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci illiyinə həsr olunmuş " Zamanın fövqündə duran dahi şəxsiyyət" mövzusunda onlayn tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Mərkəzin əməkdaşı Lamiyə Abdullayeva açaraq bildirdi ki, dahi lider Heydər Əliyev XX əsrin II yarısından Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuşdur. Onun məharətli siyasəti nəticəsində Azərbaycan sürətlə inkişaf etmiş, sərhədlərindən kənar hüdudlarında və beynəlxalq arenada nüfuz və söz sahibi olmuşdur.

Daha sonra tədbirdə YAP Qusar rayon təşkilatı GB-nin sədri Ayaz Abdullayev, Balaqusar kənd orta məktəbinin direktoru Babacan Zəkiyev, Yuxarı Ləgər kənd orta məktəbinin direktoru Oqtay Məmmədov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar rayon nümayəndəliyinin gənc könüllüsü Könül Orucova "Heydər Əliyev və gənclər siyasəti", "Heydər Əliyev və Azərbaycan təhsili". "Heydər Əliyevin elm və təhsilin inkişafına böyük qayğısı" mövzularında çıxış edərək dahi liderin Azərbaycanın müstəqilliyi və tərəqqisi uğrunda xidmətlərindən bəhs etdilər.