Zərifə xanım Əliyevanın anadan olmasının 98- ci illiyinə həsr olunmuş "Gözlərə nur bəxş edən Zərifə xanım" adlı video konfrans

Zərifə xanım Əliyevanın anadan olmasının 98- ci illiyinə  həsr olunmuş "Gözlərə nur bəxş edən Zərifə xanım" adlı video konfrans

28 aprel 2021- ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz və Siyəzən rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş oftolmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 98- ci illiyinə həsr olunmuş "Gözlərə nur bəxş edən Zərifə xanım" adlı video konfrans keçirildi.

Konfransda Qusar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları da iştirak etdi. Mərkəzin bələdçisi Lamiyə Abdullayeva çıxış edərək bildirdi ki, Zərifə xanım Əliyevanın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə olacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır.